
Avropa İttifaqının (Aİ) Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin inkişafında strateji marağı var.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel bildirib.
“Aİ-nin Şərqi Aralıq dənizində sabit və təhlükəsiz mühitdə, habelə Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin inkişafında strateji marağı var. Kipr [münaqişəsinin] nizamlanması danışıqlarını bərpa etmək və irəliləyiş əldə etmək vacibdir. Aİ bu baxımdan BMT-nin rəhbərlik etdiyi prosesi dəstəkləməkdə fəal rol oynamağa hazırdır”, – Mişel vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.