18-04-2024, 17:38 519

Rusiya sülhməramlılarına vida - Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - ŞƏRH  

Son günlərə qədər Azərbaycan cəmiyyətini düşündürən əsas suallardan biri Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bölgədəki mövcudluğunun gələcəyi ilə bağlı idi. Xatırladaq ki, Rusiya hərbçiləri 2020-ci il noyabrın 10-da imzalanmış məlum üçtərəfli bəyanata uyğun olaraq, regionda atəşkəsə nəzarət etmək məqsədilə sülhməramlı qismində Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Vurğulanan sənədə əsasən, Rusiya sülhməramlılarının bölgədə mövcudluğu beş il müddətinə - 2025-ci ilin sonlarına qədər nəzərdə tutulurdu. Kontingentə atıcı silahlarla təchiz edilmiş 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnikalar daxil idi. Missiyanın regiondakı fəaliyyət müddətinin uzadılması 2025-ci ildə müzakirə oluna bilərdi.

Bununla belə, son günlərdə cərəyan edən proseslər Rusiya sülhməramlı kontingentinin öz missiyasını vaxtından əvvəl başa vuracağına qəti əminlik yaratdı. Rusiya hərbçilərinin müəyyən edilmiş məsuliyyət zonalarını tərk etmələrinə dair məlumatların yayılmasından sonra Kreml sözçüsü Dmitri Peskov aprelin 17-də bildirdi ki, sülhməramlı kontingentin Azərbaycanın Qarabağ regionundan çıxarılması prosesi başlayıb.

Dünən Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu məsələ barədə danışaraq qeyd etdi ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi səviyyəsində qərar qəbul edilib. H.Hacıyevin sözlərinə görə, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Əslində, sülhməramlıların Qarabağdan çıxarılması məsələsi gözlənilən idi. Birincisi, ona görə ki, artıq Qarabağla bağlı hansısa sual və ya yeni eskalasiyaya zəmin yaradan təhdid yoxdur. Azərbaycan 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirləri nəticəsində terrorçuları bölgədən birdəfəlik təmizlədi. Beləliklə, Qarabağ bölgəsində Azərbaycanın suverenliyi tam bərpa olundu.

Həmin antiterror əməliyyatlarına qədər Qarabağdakı separatçı rejimin bölgədəki sabitlik üçün müəyyən təhdid yaratması mümkün idi. İndi isə belə bir təhlükə yoxdur. Bu isə o deməkdir ki, artıq bölgədə sabitliyin təmin olunması üçün üçüncü qüvvənin iştirakına, o cümlədən, Rusiya sülhməramlı kontingentinə ehtiyac qalmayıb.

Digər tərəfdən, düşünmək olar ki, Rusiyanın bu qərarı həm də Ukraynada davam edən müharibə ilə bağlıdır. Belə ki, missiyaya daxil olan hərbçilərin gələcəkdə Ukrayna cəbhəsinə göndəriləcəyi istisna deyil. Bundan başqa, Ermənistanla Rusiya arasında davam edən gərginliyin də bu qərara təsir etməsi mümkündür.

Qeyd olunan çərçivədə ən vacib məsələ odur ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, rəsmi Bakının növbəti diplomatik uğurudur. Bəzən bu məsələ xüsusi qabardılmasa belə, rəsmi Bakı sülhməramlıların fəaliyyətini daim diqqət mərkəzində saxlayıb.

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanılması Moskva ilə Bakı arasında münasibətlərdə də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki dediyimiz kimi, Rusiya hərbi kontingentinin Azərbaycan ərazilərindəki missiyası ikitərəfli münasibətlərdə müəyyən suallar, tərəddüdlər yaradırdı. İndi isə bu tərəddüdlərin artıq aradan qalxdığını söyləmək olar.

Ümumiyyətlə, Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması bölgədə yeni reallıqlar yaradır. Təsadüfi deyil ki, bu məsələ dünəndən bəri beynəlxalq səviyyədə də geniş müzakirə mövzusuna çevrilib.

Məsələn, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel aprelin 17-də keçirdiyi brifinqdə dedi ki, Vaşinqton Rusiya hərbçilərinin Cənubi Qafqazda sabitliyə töhfə verən fəaliyyətini görməyib.

“Bu baxımdan, ötən ilin payızında Qarabağda baş verən hadisələr mühüm göstərici olaraq, Rusiyanın etibarlı müttəfiq və tərəfdaş olmadığının növbəti bariz nümunəsidir”, - o bildirib.

Doğrudur, ötən müddət ərzində sülhməramlıların fəaliyyətinə yönəlik tənqidlər də az olmayıb. Onların fəaliyyətinin mükəmməlliyi iddia edilməsə də, fakt ondan ibarətdir ki, sülhməramlılar regional sabitliyin bir elementi olublar.

Məlumdur ki, bu gün Rusiyanı tənqid edən ABŞ okeanın o tayından dəfələrlə Cənubi Qafqaza müdaxilə etməyə cəhd göstərib. Vaşinqton bu gün də həmin iddialardan əl çəkməyib. Ağ Ev Ermənistandan istifadə edərək bölgədəki təsir imkanlarını artırmağa çalışır. Bu mənada Rusiya sülhməramlı kontingentinin indiyə qədər Qarabağda həyata keçirdiyi fəaliyyət, əslində, həm də ABŞ üçün çəkindirici xarakter daşıyıb. Çünki rəsmi Vaşinqton yaxşı başa düşürdü ki, regiona hər hansı müdaxilə Moskvanın kəskin etirazına səbəb ola bilər. Fikrimizcə, sülhməramlı kontingent Qarabağda olmasa idi, Qərb dövlətləri, o cümlədən, ABŞ və Fransa regionda “suları daha çox bulandırardı”.

İkincisi, məgər ABŞ özü regionda sülhün bərqərar edilməsinin vacibliyi haqda bəyanatlarında səmimidirmi? Əgər səmimidirsə, niyə bu yöndə heç bir əməli addım atmır?

V.Patel çıxışı zamanı onu da qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycanın sülh istiqamətindəki səylərini dəstəkləyir. Əslində bu, aşkar riyakarlıq nümunəsidir. Birincisi, ABŞ münasibətlərin normallaşmasından məmnun olana qətiyyən bənzəmir. Əks halda, Ermənistan üzərində “kökə və qamçı” siyasətini tətbiq etməz, bu dövlət vasitəsilə öz ambisiyalarını həyata keçirməyə çalışmazdı. İkincisi, bu prosesdə kənardan “əl çalmaq” kifayət deyil. Deyilənləri əməldə təsdiqləmək də lazımdır.

Beləliklə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Cənubi Qafqazın gələcəyi üçün yeni imkanlar vəd edir və bununla bölgədə qalıcı sabitliyin təmin olunma imkanları artır. Ermənistan da bu imkanlardan yararlanmalı, yol yaxınkən geri dönməli, uzadılan sülh əlini tutmalıdır.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR