
2028-ci ildə UEFA Çempionlar Liqasının finalı Gürcüstanda keçirilə bilər.
"Report" xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze açıqlama verib.
O, sözügedən qarşılaşmanın təşkilatçılığı ilə bağlı müraciət etməyi planlaşdırdıqlarını bildirib.
Nazirin sözlərinə görə, Tbilisidə futbol və reqbi yarışları üçün 70 min tamaşaçı tutumuna malik yeni stadion tikiləcək. Həmin arena müasir standartlara cavab verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.