
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XVIII turuna start verilib.
"AVESTA.AZ"un məlumatına görə, günün yeganə matçında "Sabah" və "Xəzri" komandaları üz-üzə gəliblər.
“Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma "Sabah"ın qələbəsi ilə bitib - 77:65.
Qələbə sayəsində xallarının sayını 33-ə çatdıran "Sabah" müntəzəm mövsümü birinci pillədə başa vuracaq. "Xəzri" hələlik 31 xalla ikincidir.
Qeyd edək ki, turun digər qarşılaşmaları aprelin 25-28-də gerçəkləşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.