
NATO Polşa ərazisində nüvə obyektləri yerləşdirərsə, onlar qanuni hədəfimiz olacaq.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O bildirib ki, belə bir cəhd sabitliyi pozmaq xarakteri daşıyır: “NATO ölkələrinin birgə nüvə missiyalarının sərhədlərimizə yaxınlaşması Rusiya üçün təhlükələri gücləndirir”.
Diplomatın sözlərinə görə, bu, Polşanın təhlükəsizliyi üçün nəyisə dəyişməyəcək: “Lakin müvafiq obyektlər mütləq hədəfə çevriləcək və hərbi planlaşdırmamızda onlar ön planda olacaq”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.