
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantı UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.
Qeyd edək ki, iclasda mövsüm üçün lisenziyalaşdırma qaydalarında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.