
Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib.
"AVESTA.AZ"un Gürcüstan bürosu xəbər verir ki, mitinq iştirakçılarına hökumətin inzibati binasına yaxınlaşmağa imkan verilməyib.
Buna baxmayaraq, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar.
DİN bir daha siyasi liderləri, aksiya təşkilatçılarını və iştirakçılarını mitinq və nümayişlər üçün qanunla müəyyən edilmiş normaları aşmamağa çağırıB.
Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentin arxa girişindən uzaqlaşdırmağa başlayıb.
"AVESTA.AZ"un yerli Gürcüstan bürosu xəbər verir ki, etirazçılara qarşı bibər qazından istifadə edilib.
Polis “xarici agentlər” haqqında qanuna etiraz edənləri binanın giriş-çıxışlarını kəsməməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmağa çağırır, əks halda qanunu pozan şəxslər saxlanılacaq.
Gürcüstan parlamentinin binası yaxınlığına polis və xüsusi təyinatlılar cəlb edilib.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, deputatların və parlament aparatının təhlükəsiz hərəkəti və hadisələrin süni şəkildə genişlənməsinin qarşısını almaq məqsədilə edilib.
Polis “xarici agentlər” haqqında qanuna etiraz edənləri binanın giriş-çıxışlarını kəsməməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmağa çağırır, əks halda qanunu pozan şəxslər saxlanılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.