3-05-2024, 15:34 455

Azərbaycanda pambıq sahələrinin yağışdan sığortalanması baza zərfinə daxil edilib

Aqrar Sığorta Fondu bu il pambıq əkini ilə məşğul olan fermerlər üçün pambıq sahələrinin yağışdan sığortalanmasını baza zərfinə aid edib.

"AVESTA.AZ" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanda kənd təsərrüfatında mühüm bitkilərdən sayılan pambıq sahələrinin sığortası mövsümü başlayıb. Pambıq Azərbaycan iqtisadiyyatında, o cümlədən ölkədən ixracda əhəmiyyətli paya malikdir. Azərbaycanda təqribən 100 min hektara yaxın ərazidə pambıq yetişdirilir, bu sahədə 200 min nəfərdən çox əhali çalışır.

Ölkədə pambıq 20-yə yaxın rayonda əkilir, ən çox pambıq becərilən rayonlar Saatlı, Ağcabədi, Sabirabad, Beyləqan və İmişlidir. Eyni zamanda pambıq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ilk beşlikdədir.

Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssasdır. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-subasma, qasırğa, fırtına, leysan yağışları, ildırım vurması, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallar aiddir.

Dövlətin sığorta haqqına göstərdiyi 50%-lik dəstək sayəsində fermerlər pambıq sahələrini cüzi məbləğ ödəməklə sığorta edə bilərlər.

Pambıq əkini ilə məşğul olan fermer və təsərrüfatlar əkinlərini bəyan etdikdən sonra sığorta üçün müraciət etməlidir.

Xatırladaq ki, hər il baş verən təbiət hadisələri pambıq sahələrinə zərər vurur. Belə ki, 2022-2023-cü illərdə Yevlax, Saatlı, İmişli, Ağcabədi, Sabirabad və Bərdə rayonlarında sel-subasma, yağış, Ağdam və Ağcabədi rayonlarında isə dolu hadisələri pambıq sahələrinə böyük zərər vurub.

Bu il fermerlər üçün mühüm yenilik baza sığorta zərfinə yağış riskinin də əlavə edilməsidir. Belə ki, indiyədək pambıq əkini ilə məşğul olan fermerlər leysan yağışları üzrə sığortanı ayrıca əldə etməli idilər.

Bəzən fermerlər məlumatsızlıqdan və ya bu riskin o qədər də təhlükəli olmadığını düşünərək sahələrini leysan yağışlarından sığortalamağa maraq göstərmirdilər.
Bununla yanaşı, ötən il güclü yağışlar pambıq sahələrinə və fermerlərə böyük zərər vurub. Bunu nəzərə alaraq 2024-cü ildən etibarən pambıq əkinləri üçün yağış riski də baza zərfinə əlavə edilib. Nəticədə pambıqçı fermerlər baza zərfi ilə sığortalandıqda yağış riskindən də qorunmuş olacaqlar.

Məsələn, pambığın ən çox yetişdirildiyi Mil-Muğan, Mərkəzi Aran və Salyan-Şirvan iqtisadi rayonlarında 1000 manatlıq pambığın sığortalanması üçün hesablanmış sığorta haqqı 14,2 manatdır, fermer bu məbləğin yarısını - 7,1 manatını ödəməklə öz məhsulunu sığortalayır. Məbləğin qalan yarısını fermerə dəstək üçün dövlət özü ödəyir.

Pambığın sığorta qiymətini fermerlər “Sığorta kalkulyatorları” bölməsindən bölgəni, məhsuldarlığı, ərazini qeyd edərək hesablaya bilərlər.

Qeyd edək ki, pambıq sahələrinə dəyən zərərlər üzrə sığorta ödənişlərinin yaxın günlərdə başlanacağı gözlənilir. Bu addımlar çərçivəsində yüzlərlə fermerə aqrar sığorta ödənişi veriləcək.

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR