
Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.
Avesta.az xəbər verir ki, qeyd olunan müddət ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 1,10 faiz artım qeydə alınıb. İl ərzində isə artım 12,12 faiz təşkil edib.
Bahalı evlərin qiyməti yanvar ayında 2,04 faiz, orta qiymətə evlərin 1,03 faiz, ucuz evlərin qiyməti isə 2,64 faiz bahalaşıb.
İl ərzində isə artım bahalı evlərdə 3,03 faiz, orta qiymətə olan evlərdə isə 0,41 faiz təşkil edib. Ucuz evlərin qiymətində isə 5,38 faiz ucuzlaşma müşahidə edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.