
Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı ə müsahibəsində söyləyib.
“Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz. Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”, – o vurğulayıb.
Xatırladaq ki, eyni müsahibədə siyasətçi Azərbaycana səfər edəcəyini açıqlamışdı.
Aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi.
Bundan başqa, fevralın 17-də ana müxalifət lideri Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik etmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.