
Rusiyanın Krasnodar diyarının Yurovka kəndində neft anbarına dron hücumu olub.
“AVESTA.AZ” xəbər verir ki, daha əvvəl sosial şəbəkədə yayılmış məlumatı regionun təsdiqləyib.
OQ-a görə, Ukrayna dronları Anapa yaxınlığındakı Yurovkanın neft bazasına hücum edib.
“Təxminən 6 PUA boğulub, lakin bir neçəsi neft bazasının ərazisinə düşüb. Nəticədə yanğın başlayıb və bir neçə rezervuar zədələnib”, – OQ etiraf edib.
Bildirilib ki, yanğının söndürülməsində 62 insan və 20 texnika iştirak edir; Anapa meri Vasili Şvets olay yerindədir.
Xatırladaq ki, daha əvvəl teleqram kanalı regiona dron həmləsi olduğunu bildirərək müvafiq videogörüntüləri paylaşmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.