9-05-2024, 10:28 503

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 79 il ötür.

"Report"un məlumatına görə, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman ehtiramla anılıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Azərbaycan Prezidentinin 2024-cü il 2 may tarixli Sərəncamı ilə 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 2000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Azərbaycan xalqı artıq dördüncü ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Paylaş

Xəbər lenti

Emin Ağalarov Bakıda aldığı ilk maşınından danışdı Bu gün, 11:48 Rövşən Nəcəf: "IE Mərkəzi kimi layihələrin nəticəsini gələcək onilliklərdə görəcəyik" Bu gün, 11:48 Yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA Bu gün, 11:48 Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb Bu gün, 11:48 Novxanı-Pirşağı yolunda "Shacman" aşdı Bu gün, 11:48 İran satılmayan nefti köhnə tankerlərdə saxlayır Bu gün, 11:48 Onkoloq Anar Məmmədov : "Abortla xərçəngin əlaqəsi var" Bu gün, 11:48 Gecə radələrinə yeni tikilidə YANĞIN Bu gün, 11:48 1 yaşlı körpə pnevmaniyadan ölüb Bu gün, 11:48 Bakıda son illərdə salınmış PARKLAR: Yaşıllıq sahələri genişləndirilir Bu gün, 11:48 Dairəvi yolda ağır QƏZA: "Mercedes" yük maşını ilə TOQQUŞDU Bu gün, 11:48 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər Bu gün, 10:48 Dövlət məktəblərində xarici dildə təhsil üçün yeni qaydalar tətbiq olunur Bu gün, 10:48 Naibə Allahverdiyevanın qızının toyundan görüntülər Bu gün, 10:48 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar Bu gün, 10:48 Bahalı geyimlərinin qiymətini açıqladı: "3000-3500 manat aralığındadır" Bu gün, 10:48 25 min abonentin suyu kəsiləcək Bu gün, 10:48 Həyat yoldaşından danışan Sinem Kobal: "Evlilik təklifi etməyi bir il əvvəldən planlaşdırıb" Bu gün, 10:48 Bakıda "BakuBus"un avtobusu qəza keçirib - Şüşəsi qırılıb Bu gün, 10:48 Dünyada nüvə təhlükəsi Soyuq müharibədən bəri ən yüksək səviyyədədir - Qrossi Bu gün, 10:48 Təyyarədə körpə enişə saniyələr qalmış dünyaya gəldi Bu gün, 10:48 Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" Bu gün, 09:48 Zelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? Bu gün, 09:48 Vaqif Axundova ağır itki Bu gün, 09:48 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər Bu gün, 09:48 Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib Bu gün, 09:48 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar Bu gün, 09:48 Tikinti sahəsində 9 ildə 1677 nəfər müqaviləsiz işlədilib – milyonluq cərimələr tətbiq olundu Bu gün, 09:48 Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb Bu gün, 09:48 Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək Bu gün, 08:48 Bakıda 13 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 08:48 Bakıda bu ərazidə yeni metro stansiyası tikilir? Bu gün, 08:48 Piyada qadını vuran şəxs futbolçu imiş Bu gün, 08:48 Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir Bu gün, 08:48 Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir Bu gün, 00:48 Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür Bu gün, 00:48 Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb Dünən, 23:48 Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi Dünən, 23:48 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi Dünən, 23:48 "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." Dünən, 23:48 Heydər Əliyev prospektilə bağlı xoş xəbər Dünən, 23:48 Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi Dünən, 22:48 "Haber Global": "Qəbələ daha bir önəmli görüşə ev sahibliyi etdi" Dünən, 22:48 İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk Dünən, 22:48 Alimlərdən sensasion kəşf: qədim okeanlarda nəhəng osminoqlar olub Dünən, 22:48 Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək Dünən, 22:48 Space TV-də daha iki verilişin yayımı dayandırılıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR