9-05-2024, 00:00 690

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir.

"Report" xatırladır ki, faşizm üzərində qələbədən 79 il ötür.

Azərbaycan xalqının İkinci Dünya müharibəsində qələbənin qazanılmasında böyük rolu olub.

Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 600 min Azərbaycan vətəndaşının 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

Müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Bu il mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla 941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Azərbaycanın 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 3000-ə yaxın şəxsə şamil olunacaq.

Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.

Qeyd edək ki, İkinci Dünya müharibəsi nəticəsində 60 milyona yaxın insan həlak olub.

Paylaş

Xəbər lenti

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib Bu gün, 13:48 Şənbə günü Azərbaycanda 21° dərəcə isti olacaq Bu gün, 13:48 Qusarda hoteldə təlim keçirildi Bu gün, 13:48 Perihan Savaş: "İnsan öz anası olduğu halda qayınanasına ana deməz" Bu gün, 13:48 Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı Bu gün, 13:48 "GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı Bu gün, 13:48 Bu ölkədə 6 günlük iş rejimi ləğv edilir Bu gün, 12:48 Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb Bu gün, 12:48 Türkiyədə "fond qalmaqalı"ndakı əsas ADLAR AÇIQLANDI Bu gün, 12:48 Xaçmazda qanunsuz balıq ovlayan şəxslərdən 29 nərə balığı götürüldü Bu gün, 12:48 "Anthropic" əməkdaşlarının 96 faizi milyonçu oldu Bu gün, 12:48 Sabir Zeynalov parataekvondo üzrə dünya çempionu olub Bu gün, 12:48 Qeyri-adi qida qanda şəkərin səviyyəsini azaltmağa kömək edə bilər Bu gün, 12:48 Əməkdar artistin yaşadığı küçə gölə çevrildi Bu gün, 12:48 Azərbaycan Vyetnamdan 9 ayda 73 milyon dollarlıq smartfon idxal edib Bu gün, 12:48 Ucarda qəza olub - Xəsarət alanlar var Bu gün, 12:48 Husilər Ər-Riyadın maliyyə mərkəzini HƏDƏF ALDI: Ən hündür göydələnə ziyan dəydi Bu gün, 11:48 Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub Bu gün, 11:48 Jurnalist müsabiqəsində bəyənmə, şərh və paylaşım sayı da nəzərə alınacaq Bu gün, 11:48 Əri öləndən sonra ağır sarsıntı keçirən qadın da dünyasını dəyişib Bu gün, 11:48 Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı Bu gün, 11:48 Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu Bu gün, 11:48 Murat Bozun bu jesti gündəm oldu Bu gün, 11:48 "Trendyol"da "Əfsanə günlər " başlayır Bu gün, 11:48 AKİA sədri Yalçın Camalov: Aqrar kredit kooperativləri və onların ittifaqı yaradılacaq Bu gün, 11:48 Gəncədə palata yoldaşını öldürən şəxs məcburi psixiatrik müalicəyə göndərildi Bu gün, 11:48 Baku TV İlham Əliyevin Vyetnamın tarixi məkanlarını ziyarət etməsi ilə bağlı süjet hazırlayıb Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 98 dolları ötüb Bu gün, 10:48 Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı Bu gün, 10:48 Sabiq nazirə vəzifə verildi Bu gün, 10:48 20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günüdür Bu gün, 10:48 Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib Bu gün, 10:48 Litva XİN rəhbəri gələn həftə Azərbaycana səfər edəcək Bu gün, 10:48 Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb Bu gün, 10:48 Gənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi Bu gün, 10:48 Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri təyin edildi Bu gün, 10:48 Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü Bu gün, 10:48 Sosial şəbəkə hesabları və veb-sayt göstəricilərinin süni artırıldığı aşkarlansa, media subyektinə yardım dayandırılacaq Bu gün, 10:48 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb Bu gün, 10:48 Bakıdan Balakənə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ! Bərpa olundu Bu gün, 10:48 Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib Bu gün, 09:48 Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib Bu gün, 09:48 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub Bu gün, 09:48 Misli Premyer Liqasında XII tura bu gün start veriləcək Bu gün, 09:48 Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum günüdür Bu gün, 09:48 Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub Bu gün, 00:48 Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım Bu gün, 00:48 Qarakənd faciəsindən 35 il ötür Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR