
Finlandiyada ilk dəfə NATO ölkələrinin nümayəndələrinin böyük rəsmi toplantısı keçiriləcək.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Finlandiyanın Hökumət Kommunikasiyaları Departamenti məlumat yayıb.
İclas mayın 20-24-də Tampere şəhərində baş tutacaq və alyansın nəqliyyat planlaşdırılmasına həsr olunacaq.
Bu, Finlandiyanın NATO-ya üzvlüyü dövründə ölkədə keçirilən ilk böyük rəsmi toplantı olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.