
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində 1 nəfər yeniyetmənin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə "AVESTA.AZ"a FHN-dən məlumat verilib.
Bidirilib ki, dərhal hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərinə başlanılıb.
Əlavə məlumat veriləcək.
Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Murad Allahverdiyevin Gəncəçayda boğulduğu bildirilir.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına, yeniyetmənin yaxınları bu gün onun itkin düşdüyü barədə polisə məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.