27-05-2024, 17:54 519

Azərbaycan Əmmanda keçirilən investisiya forumunda təmsil olunub

İordaniyanın paytaxtı Əmman şəhərində İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə illik əsasda keçirilən “Rəqəmsal iqtisadiyyatda investisiya forumu” öz işinə başlayıb.

Bu barədə “AVESTA.AZ”a Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycanı ASK təmsil edir.

İki gün davam edəcək forumda iqtisadiyyatın rəqəmsallaşması və bu sahədə dünyadakı trendlər müzakirə edilir. Panellərdə “Rəqəmsal iqtisadiyyata investisiyaların stimullaşdırılmasında hökumətlərin rolu”, “Rəqəmsal iqtisadiyyatın inkişafında Ticarət Palatalarının və Biznes İnstitutlarının rolu”, “E-ticarət”, “Üzv ölkələr üçün investisiya imkanları təqdimatları” mövzuları müzakirə edilir.

Məlumata görə, forum çərçivəsində ASK-nın İordaniyada səfərdə olan nümayəndə heyəti İslam Ticarət və İnkişaf Palatasının, “Al-Baraka” banklar qrupunun prezidenti Abdullah Saleh Kamil ilə görüşüb.

Görüş təşkilatlar arasında əlaqələrin inkişafına həsr olunub. Həmçinin, Palataya üzv ölkələrdə aparılan təhlillər əsasında illik əsasda aktual mövzulara dair forumların keçirilməsi strategiyası ətrafında fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində qonaqlara bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP-29 tədbiri haqqında geniş məlumat verilib. İslam Ticarət və İnkişaf Palatasının COP-29-da iştirakı müzakirə edilib.

Həmçinin, forumu çərçivəsində ASK-nın nümayəndə heyəti İslam Ticarət və İnkişaf Palatasının Baş katibi Yusif Xələvi ilə görüşüb. Görüşdə təşkilatlar arasındakı əlaqələr, Azərbaycanda illik əsasda “Dayanıqlı kənd təsərrüfatı forumu”nun keçirilməsi üçün müvafiq texniki məsələlər müzakirə edilib.

Sözügeden forumun keçirilməsinin təşkilata üzv ölkələr arasında əlaqələrin genişlənməsi, xüsusən də Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiyaların cəlb edilməsi və ölkəmizdə istehsal edilən məhsulların təşkilata üzv ölkələrin bazarlarına ixrac edilməsi potensialı haqqında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, forumda təşkilata üzv ölkələrin məhsullarının Azərbaycanın logistika imkanlarından istifadə etməklə Qafqaz və MDB ölkələrinə ixrac edilməsi imkanları təhlil edilib.

Forum çərçivəsində İordaniya Ticarət və Sənaye Palatasının sədri Xalil Elhaj Tavfiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də ASK nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycanın gələcək illərdə forumda daha geniş heyətlə, xüsusilə iqtisadiyyatın rəqəmsallaşmasına maraq göstərən sahibkarlarla təmsil olunması perspektivi vurğulanıb.

Forumun təşkilatçısı olan İslam Ticarət və Sənaye Palatasının bu fəaliyyəti təqdir edilib və Azerbaycanda da bu nümunədə “Dayanıqlı kənd təsərrüfatı forumu”nun keçirilməsinin razılaşdırıldığı qeyd olunub. İordaniya Ticarət və Sənaye Palatası, Azərbaycanda baş tutacaq bu foruma indidən maraq göstərən yerli şirkətlərin olduğunu bildirib.

O cümlədən, ölkələr arasında turizm potensialı, tikinti və əczaçılıq sahəsində muvafiq əməkdaşlıq imkanlarının mövcudluğu vurğulanıb və bu istiqamətdə qarşılıqlı biznes səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə edilib. Qərara alınıb ki, hər iki biznes təşkilatı əməkdaşlığa dair memorandum imzalasınlar. Görüşdə həmçinin Azərbaycanda keçiriləcək mötəbər COP-29 tədbiri ilə bağlı İordaniyanın biznes nümayəndələrinə geniş məlumat verilib.

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR