
Kanada və müttəfiqləri Fələstinin tanınması ilə iki dövlətin dinc birgəyaşayışı əsasında İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün prosesə başlamağa səy göstərirlər.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo parlamentdə çıxışı zamanı deyib.
“Biz regiondakı tərəfdaşlarımız, müttəfiqlərimiz və dostlarımızla təhlükəsiz və tanınmış Fələstin dövləti ilə iki dövlətli [dinc birgəyaşayış] prinsipi əsasında prosesə başlamaq üçün işləyirik”, – o deyib.
Trüdo həmçinin anklav ərazisinə daxil olan humanitar yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.