
Bu gün Laçın şəhərinə növbəti köç karvanı yola salınacaq.
“Report” xəbər verir ki, respublikanın müxtəlif ərazilərində, yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar Laçın şəhərinə yola düşəcəklər.
Qeyd edək ki, bundan əvvəl Laçın rayonunun Sus kəndinə növbəti köç baş tutub. Daha 39 ailədən ibarət 140 nəfər doğma yurda qayıdıb.
Sus kəndinə ilk köç isə karvanı mayın 11-də olub. İlk mərhələdə kəndə 20 ailə (75 nəfər) köçürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.