
ABŞ Prezidenti Cozef Bayden İsrail və HƏMAS arasında mümkün razılaşmanın detallarını açıqlayıb.
“AVESTA.AZ” xəbər verir ki, İsrail və HƏMAS arasında mümkün razılaşma 6 həftəlik atəşkəsi özündə ehtiva edir.
Bayden əlavə edib ki, Qəzza zolağının bütün məskunlaşmış ərazilərindən qoşunların çıxarılması da razılaşmanın müddəalarından biridir:
“İkinci mərhələdə daimi atəşkəs əldə ediləcək, növbəti mərhələdə isə Qəzza zolağı yenidən qurulacaq”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.