5-06-2024, 22:45 462

Qərbi Azərbaycan Xronikası: Göyçənin təbiəti Dədə Ələsgər kimi böyük şəxsiyyət yetişdirdi

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“AVESTA.AZ” xəbər verir ki, “Deportasiya böyük dərddir, bizə çox pis təsir edib” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kənd sakini Xətai Ələsgərlinin həyat hekayəsinə həsr olunub.

O, Ağkilsə kəndinin tarixindən, uşaqlıq, orta məktəb, gənclik illərindən, eləcə də 1988-ci ildə baş verən deportasiyadan söz açıb: “Kəndimizdə bir alban kilisəsi var idi. O, ağ daşdan tikildiyinə görə, rəngi ağ olduğuna görə Ağkilisə deyərdik. Bu, təxminən, haradasa 6-cı, 7-ci əsrdə inşa olunmuşdu. Onun qarşısında bir lövhə var idi. O lövhədə düzdür, ərəb əlifbası ilə yazılmışdı, - yazılar var idi. Uşaqlıq xatirələri hər zaman adamın gözünün qabağında olduqca canlanır. Uşaq olarkən qarın içərisində tunellər düzəldərdik”.

Onun sözlərinə görə, ermənilər Ağkilsədəki abidələri texnika ilə aparırdılar: “Ermənilər tarixi abidələr üzərindəki yazıları pozub öz əlifbaları ilə yazırdılar. Tarixi saxtalaşdırmaq həmişə ermənilərin xislətində olub. Rayona gedəndə bizə kinlə baxırdılar”.

X.Ələsgərli doğulduğu kəndin məhəllələrini, təbiətini, bulaq və dağlarını xatırladıb, adətlərindən söz açıb: “Novruz bayramı çox maraqlı keçirdi. Martın 20-dən 21-də keçən gecəsi və yaxud da 21-dən 22-nə keçən gecə, gecə ilə gündüz bərabərləşəndə sulaşma olardı. Hər kəs bir-birini sulayardı. Kəndə qonaq gələndə qonşular növbə ilə qonaq çağırar, heyvan kəsərdilər. Göyçədə yazda gülün-çiçəyin iyindən adam bihuş olardı. Göyçədə arıların səsi sanki bir musiqi idi. Musiqi eşidən kimi gözüm qabağına Göyçə gəlir. Orada qara zurnanın səsinə at belə oynayırdı”.

Ağkilsə sakini diqqətə çatdırıb ki, mənfur ermənilər bizim başımıza min bəla gətirib: “1988-ci ildə baş verən deportasiya bizə çox pis təsir etdi. Bu, insanlar üçün çox ağır, böyük dərddir. Deportasiyadan sonra sanki məhv olduq, qol-qanadımız sındı. Göyçə həsrətində qalan insanlar o dərdə dözə bilmədilər”.

O sonda Göyçə mühitinin mütləq qayıdacağına əminliyini bildirib: “Erməni vəhşiləri Ağkilsədə Aşıq Ələsgərin qəbirüstü abidəsini dağıtdılar. Oraya qayıdanda ilk növbədə Aşıq Ələsgərin heykəlini bərpa edəcəyik. Biz inanırıq ki, mütləq Göyçəyə, o torpaqlara qaydacağıq. O gün gələcək və biz orada gözəl şərait yaradacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 5-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC+ sazişindən ayrılır Bu gün, 17:48 Mətanət İsgəndərli illər əvvəl buna görə 20 kiloqram arıqlayıb Bu gün, 17:48 Aktrisa 12 ilik həyat yoldaşından boşandı Bu gün, 17:48 "Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar Bu gün, 17:48 Süni intellektin taleyi məhkəmədə həll olunur: Mask və Altman üz-üzə Bu gün, 17:48 Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ Bu gün, 17:48 Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi Bu gün, 17:48 Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq Bu gün, 17:48 Nadir Qafarzadədən anası ilə bağlı təsirli paylaşım Bu gün, 17:48 Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı Bu gün, 16:48 Bunu dünyada ilk dəfə Dilarə Kazımova edib Bu gün, 16:48 AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş Bu gün, 16:48 Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır Bu gün, 16:48 ABŞ-dən genişmiqyaslı hərbi hazırlıq siqnalları: Son 72 saatda... Bu gün, 16:48 Qırmızı Bazar qəsəbəsinə çatan növbəti 16 ailəyə mənzillərin açarları təqdim olunub Bu gün, 16:48 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? Bu gün, 16:48 Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır Bu gün, 16:48 Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı Bu gün, 15:48 Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər ENDİ Bu gün, 15:48 BƏƏ Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib Bu gün, 15:48 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb Bu gün, 15:48 Bakıda universitet binasına YANĞIN Bu gün, 15:48 Bakıda güclü külək səbəbindən 34 ağac aşıb Bu gün, 15:48 Həbs həyatı yaşayan türkiyəli məşhurlar - SİYAHI Bu gün, 15:48 KİV: Donald Trampın İranın münaqişənin həlli ilə bağlı son təklifini qəbul etməsi ehtimalı azdır Bu gün, 15:48 Şirvanda peşə liseyinə yeni direktor təyin edilib Bu gün, 15:48 Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirib Bu gün, 14:48 Prezident bir qrup sahibkarı təltif edib Bu gün, 14:48 Ziya Bünyadov prospektindəki tuneldə ZƏNCİRVARİ QƏZA Bu gün, 14:48 İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib Bu gün, 14:48 Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib Bu gün, 14:48 İlham Əliyev Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin tanınması haqda sazişi təsdiq edib Bu gün, 14:48 Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ Bu gün, 14:48 Dilarə Əliyevanın qızı Banu bu festivalın aparıcısı olacaq Bu gün, 14:48 Bu ilin ilk rübündə Qəbələdə 1381 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib Bu gün, 14:48 Növbəti köç karvanı Xocavəndə çatıb Bu gün, 14:48 Karel Havliçek Azərbaycana təkrar səfər edəcək Bu gün, 13:48 DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun Bu gün, 13:48 AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi Bu gün, 13:48 Afra Saraçoğlu bu iş adamı ilə eşq yaşayır Bu gün, 13:48 100 il yaşamaq istəyənlər üçün vacib qida açıqlandı Bu gün, 13:48 İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb Bu gün, 13:48 ABŞ dövlət katibi İranın xarici işlər naziri ilə heç vaxt danışmadığını bildirdi Bu gün, 13:48 Azərbaycanlı məşhurlar efirdə yalan danışdıqlarını etiraf etdilər Bu gün, 13:48 Sarayda 50-dən çox ailə 10 gündür susuz qalıb Bu gün, 12:48 Prezident sel və daşqınlarla mübarizə üçün 85 milyon manat ayırdı Bu gün, 12:48 Şagirdlərin 1-ci sinifə elektron qəbulu mayın 1-də başlayır Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR