
2025-ci maliyyə ili üçün TÜRKPA Katibliyinin büdcəsi qəbul edilib.
“Report”un məlumatına görə, büdcəni TÜRKPA-nın Baş katibi Mehmet Süreyya ER Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) on üçüncü iclasında təqdim edib.
Qeyd edək ki, bu gün Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilib. İclasda TÜRKPA-ya daimi komissiyalarının sədrləri, sədr müavinləri və baş katibə yeni müavin seçilib. Həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.