
Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, B.Heydərov göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərov şəxsi münasibətlər zəminində ov silahından açılan atəş nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.
Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.