
İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovu ov silahı ilə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.
İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması və müalicə aldığı xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, araşdırmalarla hadisəni Kəlbəcər rayon sakini H.Mamedov törətməsi müəyyən olunub. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərov şəxsi münasibətlər zəminində ov silahından açılan atəş nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, hadisəni törətməkdə 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov şübhəli bilinir.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.