
Futbol üzrə Azərbaycan I Liqasını 10-cu sırada başa vuran "Araz Saatlı" klubu II Liqanın ikincisi "Cəbrayıl" klubu ilə üz-üzə gəlib.
"AVESTA.AZ" xəbər verir ki, 2024/2025-cü illər mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü "ASCO Arena"da baş tutub.
Qarşılaşma "Cəbrayıl" kollektivinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan I Liqasında çıxış etmək hüququ qazanacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.