
Böyük Britaniyanın Baş naziri Liz Tras Fransa Prezidenti Emmanuel Makronla ilk telefon danışığı baş tutub və söhbət zamanı ölkələr qlobal enerji böhranının nəticələrinə qarşı birgə mübarizə aparmağa davam edəcəkləri barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.
Bildirilib ki, rəsmi London və Paris müdafiə sektorunda əməkdaşlığı da davam etdirəcək.
“Liderlər qeyd olunan məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda təkbətək görüş keçirməyi hədəfləyirlər” - deyə, məlumatda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.