
Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında üçüncü qələbəsini qazanıb.
“AVESTA.AZ” xəbər verir ki, yığmamız Binə Atçılıq Mərkəzində baş tutan görüşdə Türkiyəni 5:0 hesabı ilə məğlub edib.
Azərbaycan millisi üç turdan sonra A qrupunda maksimum nəticə ilə liderdir. Özbəkistan ikinci, Qazaxıstan üçüncü, Türkiyə dördüncü, Malta isə sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, yığma əvvəlki iki görüşdə Qazaxıstan və Malta komandalarını 5:0 hesabı ilə məğlub edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.