14-06-2024, 14:56 593

“Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub

14 İyun - Ümumdünya Qan Donoru Günü ərəfəsində “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” keçirilib. Forum “Qırmızı Ürəklər Fondu”, Qan Donorları Assosiasiyası, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mərkəzi Qan Bankı və “Fairmont Baku” otelinin birgə tərəfdaşlığı ilə baş tutub.

Forumun məqsədi qan donorluğunun inkişafına dəstək olmaq, könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasını təşviq etmək və irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası istiqamətində cəmiyyətin maarifləndirilməsi idi.

Forumu çıxış sözü ilə açan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bu xüsusi günün yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışıb. “Bu gün xüsusən bölgələrimizdə qan donorluğunun təbliğinə ehtiyac var. Doğrudur, bu isiqamətdə bir çox təbliğat xarakterli işlər görülür, amma bu işlərin miqyasını genişləndirmək olduqca vacibdir. Düşünürəm ki, bizim bugünkü forumda irəli sürülən təşəbbüslər yaxın gələcəkdə daha gözəl nəticələrin əldə olunmasına kömək edəcək”.

“Qırmızı Ürəklər Fondu”nun prezidenti Yusif Poladov isə fondun könüllük istiqamətində gördüyü işlərdən və bu sahədə bütün qurumların birlikdə fəaliyyətinin önəmindən danışıb. “Biz fond olaraq korporativ sosial məsuliyyətimizi dərk edir və vaxtaşırı bu istiqamətdə bir çox layihələr həyata keçiririk. Eyni zamanda bu mövzuda burada iştirak edən bütün aidiyyatı qurumlar ayrı-ayrılıqda maraqlı təbliğat işləri görürlər. Bu təcrübələri bölüşmək və birləşdirmək cəmiyyətimiz üçün qan donorluğunun daha da artması istiqamətində böyük və faydalı nəticələrə gətirib çıxaracaq. Forumun əsas məqsədi və bu görüşdən gözləntimiz də elə budur”.

Forumun davamı olaraq tədbirdə iştirak edən 25 gənc “Gənc qan donorlarının ictimai müzakirə platforması” layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimlərdə iştirak edəcəklər. Daha sonra onlar yaşadıqları regionlarda gənclər arasında “könüllü donorluq şəbəkəsi”nin qurulmasına cəlb olunacaqlar.

Tərəfdaşların rəsmi nümayəndələrinin, millət vəkillərinin və cəmiyyətin ziyalı şəxslərinin iştirak etdiyi tədbirin təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə “Kapital Bank” ASC-ni də Məkrəzi Qan Bankı və Qan Donorları Assosiasiyası “Təşəkkürnamə” ilə təltif edib.

Qeyd edək ki, “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2019-cu ildə "Kapital Bank"ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planlar və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

Paylaş

Xəbər lenti

Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? Bu gün, 21:48 İranda neft tanker partlayıb, on nəfər ölüb Bu gün, 21:48 "Formula-1": Qasli İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Bu gün, 21:48 Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib Bu gün, 21:48 ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib Bu gün, 20:48 Üç azərbaycanlı atlet "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının qalibi olub Bu gün, 20:48 Türkiyədə aktyor evində ölü tapılıb Bu gün, 20:48 Badamdarda "şambo" dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur Bu gün, 20:48 Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? Bu gün, 19:48 Zelenski Azərbaycan əsilli prokuroru təltif edib Bu gün, 19:48 Ötən gün 9 qanunsuz silah aşkarlanıb Bu gün, 19:48 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib Bu gün, 19:48 "Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb Bu gün, 19:48 Aleksandar Vuçiç Serbiyanın baş naziri ola bilər Bu gün, 19:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub Bu gün, 18:48 Türkiyədə "Airbus A340" sərnişin təyyarəsi alovlandı Bu gün, 18:48 Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA Bu gün, 18:48 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var" Bu gün, 18:48 ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı Bu gün, 17:48 Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verilib Bu gün, 17:48 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub Bu gün, 17:48 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı Bu gün, 17:48 Yunanıstanda "F-4 Phantom" qırıcısı aviaşou zamanı qəzaya uğrayıb Bu gün, 17:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib Bu gün, 17:48 Namiq klip çəkilişi zamanı yaşadığı qorxu dolu anlardan danışdı Bu gün, 17:48 2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? - Tramp açıqladı Bu gün, 16:48 Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb Bu gün, 16:48 Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb Bu gün, 16:48 Azərbaycan xizəkçisi Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazanıb Bu gün, 16:48 Bakıda avtomobilə hücum edən qadın barədə DİN-dən AÇIQLAMA Bu gün, 16:48 Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib Bu gün, 16:48 Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib Bu gün, 15:48 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı Bu gün, 15:48 Həyat yoldaşından 64 yaşlı Seda Sayana: "Ay kimisən, sevgilim!" Bu gün, 15:48 Masazır sakinlərini qorxudan məsələnin aqibəti necə oldu? Bu gün, 15:48 Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək Bu gün, 15:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununu keçirib Bu gün, 15:48 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? Bu gün, 14:48 Azərbaycandan Ermənistana növbəti qatar yola düşdü Bu gün, 14:48 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib Bu gün, 14:48 Türkiyədə bu məşhurların QANUNSUZ TİKİLƏN EVLƏRİ SÖKÜLƏCƏK - SİYAHI Bu gün, 14:48 Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır Bu gün, 14:48 Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir - Toy bu tarixdə olacaq Bu gün, 14:48 Bakıda keçirilən "IRONMAN 70.3" triatlon yarışının qalibi müəyyənləşdi Bu gün, 13:48 Azərbaycanda kinooperator vəfat etdi Bu gün, 13:48 "Sabah" klubu 10 milyon manatlıq layihə həyata keçirəcək Bu gün, 13:48 "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb Bu gün, 13:48 Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm" Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR