18-06-2024, 13:58 570

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Cari ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) uğurlu və müsbət təsirlərinin təmin edilməsi məqsədilə tədbirə ev sahibliyi edən ölkəmiz tərəfindən aktiv hazırlıq işləri davam etdirilir. Xarici ölkələrin nümayəndə heyətlərinin konfransın Mavi Zonasında rəsmi müzakirələrdə iştirakının təmin edilməsi ilə yanaşı bu mötəbər tədbirin bir hissəsi olmaq, tərəfdaşlıq, sponsorluq və sərgiləmə imkanlarını dəyərləndirmək istəyən müxtəlif təşkilatların da maraqları nəzərə alınaraq COP29 çərçivəsində təşkil ediləcək Yaşıl Zona üzrə müraciətlərin qəbulu açıq elan edilir.

COP29 Sədrliyi tərəfindən təşkil olunan Yaşıl Zona dünyanın ən mühüm iqlim konfransını ziyarət edəcək qonaqların bu istiqamətdə fəaliyyətini genişləndirmək və iqlim dəyişmələrində individual dialoqu təşviq etmək üçün fəaliyyət göstərəcək. Yaşıl Zona öz fəaliyyətində iqlim dəyişmələri ilə mübarizə addımları sərgiləyən və bu istiqamətdə ixtisaslaşan qurumlara öz təcrübələrini, bu sahədə innovativ məhsul və həll yollarını paylaşmaqla qlobal auditoriya qarşısında öhdəliklərinin nümayişinə və eləcə də dövlət və özəl qurumlar arasında əməkdaşlığa şərait yaradan platforma rolunu oynayacaq. Ərazi dövlət və özəl sektorlar, hökumətlər, BMT-nin ixtisaslaşmış qurumları, hökümətlərarası təşkilatlar, QHT-lər, akademik dairələr, incəsənət xadimləri və vətəndaş cəmiyyətinin müxtəlif maraqlı tərəflərini vahid məqsəd ətrafında bir araya gətirəcək məkan kimi çıxış edəcəkdir.

Qlobal iqlim fəaliyyəti təşəbbüslərini inkişaf etdirmək və bu istiqamətdə real həlləri təşviq etmək məqsədi ilə interaktiv sərgilər, konfranslar, seminarlar, panel müzakirələri, eləcə də yaradıcı incəsənət instalyasiyaları, mədəni tədbirlər və çıxışların yer alacağı bu məkan noyabr ayında iqlim fəaliyyəti üçün əsl dinamik mərkəzə çəvriləcəkdir. Bakı Stadionu ətrafında Mavi Zonaya çox qısa məsafədə yerləşəcək bu ərazi öz miqyası və dizaynı ilə hər kəsin birgə fəaliyyəti üçün əlçatan və inklüziv şərait təmin edəcək və iqlim problemlərinin həllində maraqlı olan geniş ictimaiyyət üçün açıq olacaqdır.

Bütün bunlar nəzərə alınaraq, maraqlı təşkilatların Yaşıl Zonadan yüksək fayda əldə etməsi və buradakı imkanlardan səmərəli şəkildə yararlanması, eyni zamanda Yaşıl Zona üzrə fəaliyyətin operativ və keyfiyyətli idarə olunması məqsədilə yaradılan www.cop29greenzone.com onlayn platforması istifadəyə verilmişdir. Təşkilat və qurumlar müxtəlif fərqli tərəfdaşlıq, konfrans və sərgi formatında iştirakçılıq təklifləri ilə bağlı məlumatları portal vasitəsilə rahatlıqla əldə edə bilərlər. Portal potensial tərəfdaşların hədəflərinə uyğun hər bir məlumatı, Yaşıl zonada qurulacaq pavilyonlar və COP29 Sədrliyinin iqlim fəaliyyəti təşəbbüslərini özündə əks etdirir, eyni zamanda innovativ yanaşma və texnologiyaların nümayiş etdirilməsi üçün geniş sərgi məkanında müxtəlif texniki parametrlərə uyğun yerlərin ayrılmasına da şərait yaradır.

Yaşıl Zonada təmsil olunmaq istəyən maraqlı tərəflər qeyd edilən platforma http://www.cop29greenzone.com vasitəsilə rəsmi müraciətlərini təqdim edə bilərlər. Qeyd edək ki, müaraciətlərin qəbulu 10 iyul 2024-cü il tarixinədək davam edəcək. Yaşıl Zona ilə bağlı yarana biləcək sualların cavablandırılması üçün isə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına öz sorğularını yönləndirə bilərlər.

Paylaş

Xəbər lenti

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? Bu gün, 15:48 "A.B.İ." serialının ikinci mövsümü bu tarixdə başlayır Bu gün, 15:48 Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub Bu gün, 15:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinalda məğlub olub Bu gün, 15:48 Astarada başına boru düşən Cəlilabad sakini ölüb Bu gün, 15:48 Azərbaycanın tanınmış bloqerlərindən biri – Emin Abdullayev Bu gün, 15:48 Misir Mərdanov: "Sayı yox, keyfiyyəti artırmaq lazımdır" Bu gün, 14:48 "Xankəndi" klubunda məşqçi təyinatı gerçəkləşib Bu gün, 14:48 DİM əlavə imtahan keçirdi - 388 şagird iştirak etdi Bu gün, 14:48 Şuşa uğrunda döyüşən XTQ mənsubu: "Belə bir yeri daşa-qayaya yazı yazmaqla dəyərdən salmaq olmaz" Bu gün, 13:48 Azərbaycan və İran arasında tranzit əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb Bu gün, 13:48 Pakistan ordusu sərhəddə 20-dən çox terrorçunu zərərsizləşdirib Bu gün, 13:48 FT: ABŞ Hörmüz boğazında dörd ay gizli minatəmizləmə əməliyyatı aparıb Bu gün, 13:48 Hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ Bu gün, 12:48 Misirdə teleaparıcı narkotik cinayətinə görə ölüm cəzası aldı Bu gün, 12:48 Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır Bu gün, 12:48 Tovuzda "Ford"la motosiklet toqquşdu - Xəsarət alan var Bu gün, 12:48 Bəzi rayonlara dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq Bu gün, 12:48 Ayrılsalar da, övladları üçün bir araya gəldilər Bu gün, 11:48 Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib Bu gün, 11:48 FAKTİKİ HAVA: Bəzi rayonlara qısamüddətli yağış yağıb, şimşək çaxıb Bu gün, 11:48 Kreml açıqladı: Putin Trampın elçiləri ilə 3 saatdan çox nə danışıb? Bu gün, 11:48 Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı Bu gün, 11:48 Tanınmış aktrisanın yeni serialı bəlli oldu Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb Bu gün, 11:48 Qubada QƏZA: Ölən və yaralananlar var Bu gün, 10:48 Güclü külək, sel və ildırım gözlənilir - Əhaliyə XƏBƏRDARLIQ Bu gün, 10:48 Zaqatalada qarışıq mallar mağazası yandı Bu gün, 10:48 Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO Bu gün, 09:48 "Turan Tovuz" "Sumqayıt"la, "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşacaq Bu gün, 09:48 SEPAH ABŞ-yə bağlı altı gəmini vurub Bu gün, 09:48 Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR Bu gün, 09:48 Dominikan təmsilçisi "Miss World - 2026" tituluna sahib olub Bu gün, 09:48 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib Bu gün, 00:48 Ağdamda traktor minaya düşüb Bu gün, 00:48 Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" Bu gün, 00:48 İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib Dünən, 23:48 Dünya növbəti pandemiyanın astanasındadır? - "Yeni öldürücü ştamın ortaya çıxacağı mütləqdir" Dünən, 23:48 İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb Dünən, 23:48 Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır Dünən, 23:48 "Fars": ABŞ qüvvələrinin İordaniyaya köçürülməsinin qarşısı alınıb Dünən, 22:48 Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq Dünən, 22:48 Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib Dünən, 22:48 Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır Dünən, 22:48 Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? Dünən, 21:48 İranda neft tanker partlayıb, on nəfər ölüb Dünən, 21:48 "Formula-1": Qasli İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünən, 21:48 Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR