
Bu gün Avropa çempionatında qrup mərhələsinin II turu çərçivəsində üz-üzə gələcək Almaniya və İsveçrə komandaları daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) 3 dəfə qarşılaşıblar.
"AVESTA.AZ" xəbər verir ki, tərəflər arasında ilk duel 1938-ci ilin dünya çempionatında baş tutub.
Həmin görüş İsveçrə yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Daha sonra iki dəfə - 1962 və 1966-cı ilin dünya çempionatlarında üz-üzə gələn millilərin oyununda Bundestim qələbəyə sevinib - 2:1, 5:0.
A qrupunun digər oyunu çərçivəsində qarşılaşacaq Şotlandiya və Macarıstan milliləri heç vaxt böyük turnirlərdə üz-üzə gəlməyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.