
Sabirabadda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.