24-06-2024, 13:32 393

Toivo Klaar: Ermənistanla Azərbaycanın sülh sazişini imzalaması regionda yeni situasiya yaradacaq - MÜSAHİBƏ

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "AVESTA.AZ"a müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh prosesi, regionda sülhün bərqərar olunmasının Avropa İttifaqı ilə əməkdaşlığa necə təsir edəcəyi, eləcə də, minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi məsələləri ilə bağlı sualları cavablandırıb.

- Vaxtaşırı Azərbaycan və Ermənistana səfərlər edir, dövlət rəsmiləri ilə görüşürsünüz. Cari il ərzində sülhə gedən yoldakı prosesləri necə qiymətləndirirsiniz?

- Doğrudan da, mən öz mandatımın icrası çərçivəsində regionda dialoqu, təhlükəsizliyi, sabitliyi və sülhü təşviq etmək üçün mütəmadi olaraq Azərbaycana və Ermənistana səfərlər edirəm. Liderlərin və digər məsul şəxslərin həm regionda baş verən siyasi proseslər, həm də Azərbaycan və Ermənistan sülh prosesindəki irəliləyişlər haqqında bizə məlumat verməkdə maraqlı olmalarını yüksək qiymətləndirmişik. Həmçinin, regionda sülhün bərqərar olması üçün imkanların ən yaxşı şəkildə necə dəyərləndiriləcəyi və dəstəklənəcəyi barədə fikir mübadiləsi aparmışıq. Bu səbəblə səfərlərim Aİ-nin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləməyə yönələn yüksək səviyyəli səylərini asanlaşdırıb.

- Aİ-nin sülh danışıqlarına dəstəyi nədən ibarətdir?

- Son aylarda sülh danışıqlarında beynəlxalq iştirak əvvəlki iki illə müqayisədə daha məhdud olsa da, biz Ermənistan-Azərbaycan ikitərəfli görüşlərində əldə olunan irəliləyişi qeyd etməkdən məmnunuq. COP29 üzrə 7 dekabr 2023-cü il tarixli Birgə Bəyanatı, məhbusların azad edilməsi və ya 1991-ci il Almatı Bəyannaməsinin sərhədlərin delimitasiyası işlərinin əsası kimi əhəmiyyətini bir daha təsdiqləyən 19 aprel 2024-cü il tarixli sərhəd razılaşmasını və sonradan həyata keçirilən delimitasiya və demarkasiya kimi müsbət irəliləyişləri təqdir etdik. Bütün bunlar çoxdan gözlənilən sülh müqaviləsinin bağlanması üçün əlverişli zəmin yaradıb və müşahidələrimə əsasən, tərəflər indi siyasi iradə ilə çox tezliklə imzalana biləcək sazişə həmişəkindən daha yaxındırlar.


Bu yazın son onilliklərdə bölgədə ən sakit dövrlərdən biri olması faktını da alqışlamaq lazımdır. Tərəflərin düzgün yolda olduğuna inanıram. Ümid edirəm ki, müsbət irəliləyişlər davam edəcək və tezliklə növbəti konkret razılaşmalar və digər etimad quruculuğu tədbirləri əldə olunacaq. Artıq sülh müqaviləsinin əksər elementləri razılaşdırılıb və fikrimcə, qalan məsələlər də asanlıqla qəbul edilə bilər. Həmişə olduğu kimi, Aİ istər tərəflərin görüşlərini asanlaşdıraraq və ya görüşlərə ev sahibliyi edərək, istərsə də sülh sazişinin imzalanmasından sonra daha əməkdaşlığa meyilli və bir-birinə bağlı Cənubi Qafqaz inşa etmək üçün sülh dividendlərinin müzakirəsi yolu ilə tərəflərin faydalı hesab edə biləcəyi istənilən formada prosesi dəstəkləməyə hazırdır.

- Regionda sülhün bərqərar olunması Avropa İttifaqı ilə əməkdaşlığa necə təsir edəcək? Aİ iki ölkə arasında sülh sazişi bağlanandan sonra regional kommunikasiyaların açılmasına necə dəstək ola bilər? Bu layihələrə investisiya yatırımı Aİ üçün prioritet təşkil edir?

- Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması iki ölkəyə və bütün regiona çox böyük təsir göstərəcək. Bu, ticarət və iqtisadi qarşılıqlı təsir imkanlarının avtomatik olaraq artacağı tamamilə yeni situasiya yaradacaq. Azərbaycan və Ermənistan əhalisi ilk dəfə olaraq öz gələcəklərinə fərqli baxmaq imkanı əldə edəcəklər. Sülh Aİ-nin regionda necə fəaliyyət göstərə biləcəyinə də təsir edəcək, çünki bu, bizə hər üç Cənubi Qafqaz ölkəsi də daxil olmaqla daha çox regional əməkdaşlıqda iştirak etməyə imkan verəcək. Bir çox hallarda deyildiyi kimi, Aİ tərəflər arasında razılaşmalardan asılı olaraq regional əlaqə və nəqliyyata xüsusi diqqət yetirməklə, müxtəlif alətlər vasitəsilə bütün sektorlarda sülh üçün dividentləri dəstəkləməyə hazırdır.

Eyni zamanda, sülh Azərbaycan və Ermənistanı digər birbaşa xarici investisiyalar üçün də cəlbedici edəcək. Bütövlükdə, sülh həm dövlətlərin, həm də sadə ermənilərin və azərbaycanlıların qarşılıqlı əlaqə və əməkdaşlıqdan bəhrələnə biləcəyi yeni mühit yaradacaq ki, bu da onların bir-birini yenidən tanımasına imkan verəcək. Bu, gələcək nəsillərin rifahı üçün düşmənçilik səhifəsini birdəfəlik çevirməyə kömək edəcək.

- Məlumdur ki, Azərbaycan bu gün dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. Ermənistan rəsmiləri ilə danışıqlar zamanı minalanmış ərazilərin tam xəritələrinin Azərbaycana verilməsi məsələsi müzakirə olunubmu? Ümumilikdə Aİ-nin mina probleminin aradan qaldırılması üçün Azərbaycana dəstəyi hazırda nədən ibarətdir. Bundan sonra bu istiqamətdə nə kimi layihələrin icrası gözlənilir?

- Ağdama səfərim, eləcə də Bakıda ANAMA nümayəndələri və digər Azərbaycan rəsmiləri ilə əlaqə zamanı şahidi olduğum bir məsələ oldu - mina çirklənməsi Azərbaycanın yaxın illərdə yerlərdə həll etməli olduğu ən böyük problemlərdən biridir. Biz mina hadisələrindən zərər çəkmiş bütün insanlar və ailələrlə həmrəy olduğumuzu bildiririk. Bu istiqamətdə səyləri dəstəkləmək üçün Aİ və onun üzv dövlətləri "Avropa Komandası Təşəbbüsü" (Team Europe Initiative) vasitəsilə 2020-ci ildən bəri təxminən 13 milyon avro dəstək göstəriblər. Onlar 2024-cü il üçün əlavə 5 milyon avro yönəldilməsi ilə Azərbaycanı bu səylərində dəstəkləməyə davam etməyi səbirsizliklə gözləyirlər. ANAMA-nın və digər aktorların Azərbaycanda apardığı işlərin tempi bizi çox ruhlandırır. Aİ son bir neçə ildə həm Ermənistan, həm də Azərbaycanla bu məsələ üzərində işləyir, hər iki tərəfə aydın mesajlar verir və müəyyən ekspert bilikləri ötürür. Eyni zamanda, biz bu məsələdə Ermənistan və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində işi davam etdirəcəyik. Nəhayət, biz hər iki ölkənin minaların keçmişə çevrilməsi istiqamətində mühüm addım olacaq Ottava Konvensiyasına qoşulmasını görəcəyimizə ümid edirik.

Paylaş

Xəbər lenti

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR