25-06-2024, 06:05 358

Qərbi Azərbaycan Xronikası: “İrəvan xanlığı və onu idarə edənlər güclərini xalqdan alırdılar

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü İbrahim Bayramov olub.

O, Çar Rusiyasının işğal etdiyi Şimali Azərbaycan xanlıqlarından, o cümlədən ən sonda – 1828-ci ildə süqut edən İrəvan xanlığından söhbət açıb. Bildirib ki, 23 il ərzində böyük bir imperiyaya ciddi müqavimət göstərən, təslim olmayan İrəvan xanlığı və onu idarə edənlər gücü, qüdrəti xalqdan alıblar.

Alimin sözlərinə görə, Çar Rusiyasına xidmət edən məmurlar həm Hüseynqulu xanı, həm də Həsən xan Qacarı müxtəlif şirnikləndirici vədlərlə ələ almağa, İrəvan xanlığını özlərinə təslim etməyə çalışsalar da buna nail ola bilməyiblər. Yalnız 23 illik mübarizədən sonra erməni məkri və satqınçılığı sayəsində çar generalları İrəvan xanlığının müqavimətini qırıb, İrəvan qalasını işğal ediblər.

Müsahibin qənaətincə, əgər o dövrdə Azərbaycan xanlıqları arasında birlik, strateji əlaqələr olsaydı, heç bir xanlıq işğala məruz qalmaz, məğlubiyyətlə üzləşməzdi. Professor deyib ki, Qərbi Azərbaycanın tarixi ərazisi Səfəvilər dövlətinə tabe olan Çuxursəd bəylərbəyliyinin, ondan sonrakı illərdə isə bu coğrafiyada yaranan İrəvan xanlığının ərazisi olub. Milli kökə bağlı olan İrəvan xanlığı Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutub.

İşğala qədər İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlıların üstünlük təşkil etməsinə, çoxsaylı maddi-mədəniyyət, tarixi-memarlıq abidələri yaratmasına diqqət çəkən İ.Bayramov vurğulayıb ki, bu abidələr, toponimlər xalqın milli kimliyi və pasportudur. Onun sözlərinə görə, ümumilikdə Qərbi Azərbaycandakı toponimlər, zəngin maddi-mədəni irs, o cümlədən İrəvan şəhərindəki məhəllə adları bu ərazilərin tarixən azərbaycanlılara məxsus olduğunu sübut edir. Alim söyləyib ki, Qərbi Azərbaycan ərazisini öyrənmək üçün “Kitabi-Dədə Qorqud” dastanı və Orxon-Yenisey abidələri ən tutarlı qaynaqdır. O, Orxon-Yenisey abidəsinə bərabər tarixi-mədəni irs nümunəsinin Meğri rayonunun Nüvədi kəndi ərazisində aşkar olunduğunu da dilə gətirib. Professor qeyd edib ki, ermənilər Qərbi Azərbaycanda özlərinə aid hər hansı tarixi abidə tapa bilmədikləri üçün azərbaycanlılara məxsus maddi-mədəni irsi, o cümlədən Göyçədəki Alban abidələrini zaman-zaman dağıtmaqla, məhv etməklə, saxtalaşdırmaqla məşğul olublar.

Müəllifi olduğu “Qədim Azərbaycan şəhəri İrəvan” adlı kitabından nümunələr gətirən professor İ.Bayramov bu tarixi yaşayış məntəqəsi barədə həqiqətləri geniş auditoriyaya çatdırmaq istəyindən danışıb. Bildirib ki, ermənilər İrəvan şəhərinin məhəllələrini məqsədli şəkildə məhv ediblər. O, hazırda Təpəbaşı məhəlləsinin də məhv olmaq təhlükəsi ilə üzləşdiyini, buna etiraz əlaməti olaraq bir qrup qeyri-hökumət təşkilatı sədrinin beynəlxalq təşkilatlara müraciət etdiyini, bu mövzunu yenidən gündəmə gətirdiklərini vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 24-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR