
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunun İngiltərə - Sloveniya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"AVESTA.AZ" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Sloveniya millisinin yarımmüdafiəçisi Adam Qnezda Çerin matçın ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, C qrupunda baş tutan qarşılşamada qol vurulmayıb. İngiltərə qrup lideri kimi növbəti mərhələyə adlayıb. Sloveniya isə ən yaxşı qrup üçüncüsü kimi pley-offda oynamaq hüququ qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.