
İngiltərə millisi Avropa çempionatında öz rekordunu yeniləyib.
"AVESTA.AZ" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda ardıcıl 4-cü dəfə Avropa çempionatlarında qrup mərhələsini uduzmadan adlayıb.
Komanda ardıcıl beşinci dəfə Avropa çempionatlarında pley-offa vəsiqə qazanıb. Bundan başqa Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv Avropa çempionatlarının qrup mərhələlərində keçirdiyi son 14 matçda məğlubiyyət üzü görməyib.
Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində Sloveniya ilə qarşılaşıb. Qolsuz bitən görüşdən sonra komanda qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.