
Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.
Yol qəzası zamanı 6 avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.