3-07-2024, 16:30 499

ABŞ-də anti-Azərbaycan kampaniya planlı şəkildə koordinasiya olunur - RƏY

ABŞ Konqresinin Azərbaycana qarşı münasibəti həmişə ədalətsiz olub, ikili standartlara əsaslanıb. Azərbaycan torpaqları 1990-cı illərdə işğala məruz qalanda, talan ediləndə də qeyri-adekvat davranıb, işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymayıb. Bu gün də eyni siyasəti davam etdirir.

Bu sözləri “Report”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib.

Ekspert qeyd edib ki, ABŞ-də mənzillənmiş ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən davamlı şəkildə xüsusi anti-Azərbaycan kampaniyasının aparıldığı müşahidə olunur.

“ABŞ Nümayəndələr Palatasının erməni əsilli üzvü Ana Eşuvə və ermənipərəst üzvü Kristofer Smitin həmmüəllifliyi ilə bu günlərdə Azərbaycana qarşı yeni, qərəzli “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması” adlı layihə irəli sürüldüyü bir vaxtda “Freedom House” təşkilatı da paralel bir kampaniya başladıb. Təşkilat “Dağlıq Qarabağda niyə ermənilər yoxdur” adlı xüsusi hesabat icmalı hazırlayaraq yayıb və həmin hesabatda Azərbaycana qarşı çox ədalətsiz ittihamlar irəli sürüb” - o vurğulayıb.

M.Ələsgərli əlavə edib ki, bu yanaşma “International Pertnership For Human Rights”, “Democracy Development Foundation”, “Protection of Rights Without Borders NGO”, “Law Development and Protection Foundation”, “Open Society Foundations” və digər yerli təşkilatlar tərəfindən də dəstəklənib.

“Belə nümunələrin sayını artırmaq mümkün olsa da, çıxan nəticə birdir. ABŞ Nümayəndələr Palatasının satın alınmış üzvlərinin irəli sürdükləri layihə ilə beynəlxalq statuslu QHT-lərdən təşkil edilmiş “qara şəbəkə”nin eyni mərkəzdən koordinasiya edildiyinə şübhə yoxdur”- ekspert bildirib.

Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli

“Məsələ ondadır ki, 30 ilə yaxın müddətdə 1 milyona yaxın azərbaycanlının öz doğma yurd yerlərindən qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına, Xocalı soyqırımına, Qaradağlıda, Ağdabanda, Başlıbeldə, Bağanis-Ayrımda, Ballıqayada, Tuğda etnik təmizləmələrə, 2020-ci ilin oktyabrında Gəncənin, Bərdənin raket hücumlarına məruz qalmasına, dinc insanların ölməsinə susan ABŞ Nümayəndələr Palatası, “Freedom House”, “Soros Fondu” kimi qurumlar indi heç bir əsasa söykənmədən Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə aparmaqda ittiham edir, ölkəmizi “Beynəlxalq Cinayət Məhkəməsi” ilə hədələyir”, M.Ələsgərli qeyd edib.

Media eksperti bu cür hədyanların Azərbaycan ictimaiyyətini haqlı olaraq hiddətləndirdiyini deyib:

“Bu iftira dolu qətnamə layihələri ABŞ-nin Azərbaycandakı nüfuzuna ağır zərbədir, qərəz, riyakarlıq, siyasi sifariş, ikili standartlar nümunəsidir. Azərbaycanı iftira dolu bu cür kağız parçaları ilə yolundan döndərmək mümkün deyil, Azərbaycan qanı və canı bahasına öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, müharibədə özünü ləyaqətlə aparıb, dinc insanlar heç vaxt Azərbaycan Ordusunun hədəfi olmayıb.

Bu gün azad edilmiş ərazilərdə vaxtilə hökm sürmüş dağıntı və talançılığa ABŞ Nümayəndələr Palatası illərlə susub, bu gün də keçmiş köçkünlərin problemləri, həmin ərazilərin 1,5 milyondan çox mina və PHS ilə çirkləndirilməsi ABŞ-nin bu cür təsisatlarını qətiyyən qayğılandırmır”.

Selcan Zaurqızı

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR