
Braziliya millisinin və İngiltərənin "Mançester Siti " klubunun qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun da şərəfini qoruduğu "Əl-Nəsr" klubu dəri əlcək sahibinə təklif göndərib.
Qeyd edək ki, Edersonun "şəhərlilər"lə müqaviləsi 2026-cı ildə başa çatacaq. O, ötən mövsüm "Mançester Siti"nin heyətində 43 oyunda meydana çıxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.