4-07-2024, 13:34 443

Agentlik Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə prosesinin səbəblərini açıqlayıb

Geoloji Kəşfiyyat Agentliyi ən iri sürüşmə ocağı olan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyindəki sürüşmə sahəsinə operativ mühəndis-geoloji baxış keçirib, prosesin baş vermə səbəbləri və onun inkişaf perspektivliyi qiymətləndirib.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, son günlər Azərbaycanda ekzogen geoloji proseslərin-torpaq sürüşmələrinin dinamikasında artım müşahidə olunmaqdadır. Proseslərin inkişafında klassik sürüşmə ocaqlarının mövcudluğu ilə yanaşı 2024-cü ilin iyun ayı ərzində ölkə ərazisində, xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli, lakin leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb:

"Dağlıq rayonlarda ay ərzində 24 gün yağıntılı keçib və yağıntının miqdarı normadan çox olub, bu da sürüşmələrin mövsümə uyğun olmayan anomal təzahürlərini şərtləndirib. Qısa dövr ərzində Quba rayonunun Xınalıq, İsmayıllı rayonunun Namazgah-Lahıc, Qoydan və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyində baş verən nisbətən iri sürüşmə sahələrinin qeydə alınması təbii geoloji, texnogen və iqlim faktorlarının birgə təsiri nəticəsində formalaşıb".

Ə.Əliyev qeyd edib ki, ən iri sürüşmə ocağı olan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyindəki sürüşmə ərazisinin geoloji quruluşunda üst qatda Holosen yaşlı elüvial-delüvial, kollüvial, alt qatda isə Orta-Üst Miosenin Diatom lay dəstəsinin çöküntüləri iştirak edir:

"Əsasən yarımbərk konsistensiyalı ağır gilcələr və gillərdən ibarət olan bu çöküntülər (qalınlığı 2-5 m) intensiv atmosfer çöküntülərinin düşməsi ilə ciddi islanmaya, şişməyə və destruksiyaya məruz qaldığından dayanıqlığı pozulmuş substansiya şəklini alıb. Ərazinin relyef-morfoloji xüsusiyyətlərinə (yamacın mailliyi 40-450) və infiltrasiya sularının Ceyrankeçməz dərəsinə doğru olması asılı nəmlənmiş kütlənin sürüşməsinə əlverişli zəmin yaradıb və proses 2 mərhələdə baş verib."

Mütəxəssis qeyd edib ki, sözügedən sahədə sürüşmə prosesinin formalaşmasında təbii geoloji şərait əlverişli sayılsa da, hazırkı proses bilavasitə iqlim faktorları və avtomobil yolundan iri tonnajlı yük avtomobillərinin keçməsi ilə şərtləndirilir.

"Baş vermiş sürüşmə (detruziv tipli) sahəsinin eni 50-52 m, uzunluğu 165-170 m, qırılma qaşının hündürlüyü 4-4,5 m arasında dəyişir.
Proses nəticəsində sürüşmə gövdəsi üzərində eni 0,05-0,95 sm, uzunluğu 2-6 m, görünən dərinliyi 1,3-3,5 m və avtomobil yolunun sağ zolağında müxtəlif istiqamətli çatlar əmələ gəlib. Qırılma qaşının vertikal kəsiyində qeydə alınan infiltrasiya sularının çıxışlarının olması hazırda proseslərin aktiv fazada olmasının göstəricisidir. Monitorinqlər davam edir".

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR