4-07-2024, 16:46 498

Azərbaycana qarşı qərəzli kampaniya: Bakı bunu dəf edəcək - ŞƏRH

Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının erməniəsilli üzvü Ana Eşu (demokrat, Kaliforniya) və ermənipərəst üzvü Kristofer Smitin həmmüəllifliyi ilə Azərbaycana qarşı “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması” adlı qərəzli qətnamə layihəsi irəli sürülüb.

Niyə məhz “qərəzli” deyirik? Birincisi, ona görə ki, artıq “Dağlıq Qarabağ” deyilən inzibati ərazi vahidi yoxdur. Bir çox geosiyasi aktor, o cümlədən Rusiya artıq bunu qəbul edir. ABŞ siyasiləri isə hələ də “Dağlıq Qarabağ” terminindən istifadə edirlər.

İkincisi, Vətən müharibəsi və ondan sonrakı dövrdə Qarabağda heç bir "etnik təmizləmə" əlamətinə rast gəlinməyib. Əksinə, ermənilərin könüllü şəkildə Qarabağda qalmasına və Ermənistan ərazisinə keçməsinə şərait yaradılıb. Bunu ermənilər özləri də təsdiqləyirlər.

Adıçəkilən senatorlar isə bu ritorikaları ilə sanki “Papadan daha çox katolik olmaq istəyirlər”.

Üçüncüsü, indi hansısa uydurma "etnik təmizləmə" barədə danışan ABŞ siyasətçiləri niyə uzun illər Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına, o cümlədən Xocalı soyqırımı kimi qətliamlara heç bir reaksiya verməyiblər? Bu sualların cavabı göstərir ki, sözügedən layihə indiyədək ABŞ Konqresində rəsmi Bakıya qarşı irəli sürülmüş digər iftira dolu layihələr seriyasındandır.

ABŞ siyasətçiləri niyə belə davranır? Çünki onların bir çoxu tapşırıqla işləyir. Maraqlıdır ki, Eşu və Smitin qətnamə layihəsinin irəli sürdüyü gündə bir qrup “insan hüquqları” təşkilatı, o cümlədən “Freedom House”, “International Pertnership For Human Rights, Democracy Development Foundation” və digərləri “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” adlı hesabat icmalı da yayıb. Bunu təsadüf hesab etmək sadəlövhlük olar. Görünən odur ki, ABŞ Nümayəndələr Palatasının satın alınmış üzvləri ilə bu “qara şəbəkə” eyni mərkəzdən idarə edilir.

Əlbəttə, bu, riyakarlıqdır. ABŞ-nin bəzi siyasətçilərinin, o cümlədən Eşu və Smitin ikiüzlülüyü, obyektivdən çox uzaq davranışları Bakı-Vaşinqton xəttində narazılığa səbəb ola bilər. Parlamentarilərin mövqeyini, əlbəttə, birbaşa ABŞ iqtidarının ritorikası kimi qiymətləndirmək doğru olmaz. Əksinə, istisna deyil ki, erməni diasporunun təsiri altında bəzi siyasətçilər məhz ikitərəfli əlaqələrə zərbə vurmaq məqsədilə bilərəkdən belə davranırlar. Bütün hallarda bu cür yanaşma, iftira dolu qətnamə layihələri qərəz, riyakarlıq, siyasi sifariş ikili standartların nümunəsidir.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iyulun 4-də Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) Azərbaycanla bağlı ictimai bəyanatına münasibət bildirib. O qeyd edib ki, bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır.

Həmçinin, bildirilib ki, bu qərarın 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərəzli qərarından sonra yaranmış Azərbaycan-Avropa Şurası münasibətlərində mövcud vəziyyətin fonunda qəbul edilməsi xüsusilə təəssüf doğurur.

Görünən odur ki, müxtəlif beynəlxalq dairələr tərəfindən Azərbaycana qarşı qərəzli kampaniya aparılır. Bunun əsas səbəblərindən biri rəsmi Bakının ərazi bütövlüyünü təmin etməsindən sonra regionda yaranan yeni reallıqlardır. Bəzi güclər, təşkilatlar, institutlar bu reallığı, həmçinin Azərbaycanın regional və beynəlxalq siyasətdə oynadığı rolu qəbul etmək, həzm etmək istəmirlər. Onların bu mövqeləri ritorikalarında aydın hiss olunur.

Lakin bu cəhdlər əbəsdir. Azərbaycan ötən illərdə olduğu kimi, bu dəfə də çirkin kampaniyaları dəf edəcək. Azərbaycan diplomatiyası buna qadirdir.

Paylaş

Xəbər lenti

Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR