12-07-2024, 14:23 559

Mərhum bəstəkarın qızı: İnanıram ki,

Tarixi qələbədən sonra "Qarabağ" mahnısının Azərbaycan üçün, hər birimiz üçün necə böyük məna daşıdığını ermənilər görür və anlayır.

Bunu "Report"a açıqlamasında mərhum bəstəkar Bəhram Nəsibovun qızı, jurnalist Güldəstə Nəsib erməni ifaçının "Qarabağ" mahnısını mənimsəyərək ifa etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, "Qarabağ" mahnısını Bəhram Nəsibov İncəsənət Universitetində oxuduğu illərdə yazıb, sözləri də, musiqisi də özünündür:

"Tarixi dəqiq deyə bilmərəm, amma ötən əsrin 60-cı illəri olub. Atam tələbə yataqxanasında qalırdı. Mahnı hazır olub, atam tarda ifa edərək özü də oxuyub. Onun səsinə bütün yataqxana yığışıb. Həmin zaman yataqxananın erməni komendantı da gəlib, qulaq asıb və deyib ki, bu mahnıya bir-iki Qarabağ ermənisinin də adını daxil elə. Atam etiraz edib. Deyib ki, erməninin Qarabağa nə dəxli var ki, mahnıya da əlavə edim? Komendant qəzəblənir və atamı yataqxanadan çıxardıb. Bundan sonra isə atam da kirayə qalmağa məcbur olub".

Güldəstə Nəsib bildirib ki, mahnını 1972-ci ildə Müəllif Hüquqları Agentliyi (indiki Əqli Mülkiyyət Agentliyi-red) qeydiyyatdan keçirib:

"Öz əliylə yazdığı ərizə indi də Agentlikdə qorunub saxlanır. Mahnının ilk ifaçısı xalq artisti Arif Babayev olub. Sonralar isə müğənnilərin əksəriyyəti bu mahnıya öz repertuarında yer ayırıb. 44 günlük Vətən Müharibəsindən sonra bu mahnı xüsusi məna kəsb edib. O günlərdə əsgərlərimiz, sadə vətəndaşlarımız – hamı “Anadır arzulara, hər zaman Qarabağ!" oxuyurdu. Bu gün bu mahnı azad Qarabağın himni kimi səslənir. Şuşada, Bakıda, eləcə də ölkəmizdən kənarda rəsmi tədbirlər məhz bu mahnı ilə açılıb bağlanır. Bunun nə qədər qürurverici olduğunu sözlə çatdırmaq çətindir.

Tarixi qələbəmizdən sonra "Qarabağ" mahnısının Azərbaycan üçün, hər birimiz üçün necə böyük məna daşıdığını ermənilər də görür və anlayır. Elə ona görə də bir vaxtlar erməni komendantın başlatdığı çirkin işi davam etdirirlər, müəllifin ruhunu incidir, məğlubiyyətin gətirdiyi acizlik, natamamlıq sindromlarını ört-basdır etməyə çalışırlar".

Mərhum bəstəkarın qızı “Qarabağ” mahnısının ermənilər tərəfindən mənimsənilməsinə olan cəhdə cəmiyyətin və dövlət qurumlarının nə qədər həssas yanaşmasına görə minnətdarlığını bildirib:

"Bu mahnı hələ 1972-ci ildə Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirildiyinə görə mahnı artıq Bəhram Nəsibovun yox, bütün Azərbaycan xalqının mülkiyyətidir. Dövlət qurumları bu məsələ ilə bağlı çox ciddi iş aparırlar. Əqli mülkiyyət sahəsində mövcud olan beynəlxalq normalar çərçivəsində Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyi bütün mümkün tədbirləri həyata keçirirlər. Hər iki qurum Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı birgə bəyanat da verib. İnanıram ki, görülən tədbirlər tez zamanda bəhrəsini verəcək".

Xatırladaq ki, Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" (“Anadır arzulara hər zaman Qarabağ”) adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən “Sirun jan” adı altında mənimsənilərək ifa edilib. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı birgə bəyanat verib.

Paylaş

Xəbər lenti

Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi Dünən, 23:48 Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb Dünən, 23:48 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib Dünən, 23:48 Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb Dünən, 23:48 Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu Dünən, 23:48 "Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub Dünən, 22:48 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi Dünən, 22:48 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib Dünən, 22:48 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb Dünən, 22:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Dünən, 21:48 "Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp Dünən, 21:48 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib Dünən, 21:48 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Dünən, 20:48 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır Dünən, 20:48 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Dünən, 20:48 Goranboyda qəza olub, xəsarət alanlar var Dünən, 20:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb Dünən, 19:48 Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA Dünən, 19:48 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı Dünən, 19:48 Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb Dünən, 19:48 8 Noyabr prospektində güclü yanğın başlayıb Dünən, 19:48 Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar Dünən, 19:48 Ötən gün axtarışda olan 84 nəfər tutulub Dünən, 18:48 Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq? Dünən, 18:48 Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 18:48 "Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı Dünən, 18:48 Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? Dünən, 18:48 Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu Dünən, 18:48 "LANDAU Lions" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib Dünən, 17:48 Məktəblilər belə geyinməlidirlər Dünən, 17:48 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb Dünən, 17:48 Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil" Dünən, 17:48 "Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir Dünən, 17:48 Masazırda 4 maşın niyə yanıb külə döndü? - "Partlayış səsi gələndə..." Dünən, 17:48 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib Dünən, 16:48 Rəsmi portalda pensiya kapitalında azalmalar olub? Dünən, 16:48 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm Dünən, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar Dünən, 16:48 Rza Zərrabın həyat yoldaşının adı milyardlarla dollarlıq FOND QALMAQALINDA Dünən, 16:48 Qonşu ölkənin siqaret satışında YENİ QAYDA: Şəxsiyyət vəsiqəsi tələb olunacaq Dünən, 16:48 İlham Əliyev Ramzan Kadırovu qəbul edib Dünən, 16:48 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi Dünən, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər Dünən, 16:48 Azərbaycanın MDB-də sədrliyi qarşıdakı dövrdə ölkəmizə mühüm imkanlar yaradır - RƏY Dünən, 16:48 Əməkdar artistin 38 yaşlı oğlu ilə rəqs etdiyi anlar Dünən, 15:48 Dünya çempionatı: Uşanqi Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR