14-07-2024, 11:53 468

AVRO-2024: İspaniya millisi rekorda, İngiltərə ilk çempionluğa doğru

Almaniyada təşkil olunan Avropa çempionatının finalında bu gün İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.

“AVESTA.AZ” xəbər verir ki, bu, komandaların Avropa və dünya çempionatlarının final mərhələlərində üçüncü dueli olacaq.

İlk dəfə 1980-ci ildə Avropa çempionatının final mərhələsində eyni qrupa düşən komandaların görüşündə İngiltərə millisi 2:1 hesablı qələbə qazanıb. Rəqiblərin növbəti qarşılaşması 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının 1/4 finalına təsadüf edib. Görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitdiyindən qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb. Burada isə İngiltərə millisi zərbələri daha dəqiq yerinə yetirib - 4:2.

AVRO-2024-ün finaldakı iştirakçıları indiyə qədər ümumilikdə 27 dəfə üz-üzə gəlib. Əksəriyyəti yoldaşlıq xarakteri daşıyan bu görüşlərin 10-u İspaniya millisinin, 13-ü isə İngiltərənin qələbəsi ilə yekunlaşıb. Qalan 4 oyun heç-heçə nəticələnib. Komandalar sonuncu dəfə 2018-ci ildə UEFA Millətlər Liqasında görüşüb. Bu matçda İngiltərə 3:2 hesablı qələbə qazanıb. Vurulan qolların sayına gəlincə, İngiltərənin üstünlüyü nəzərə çarpır. Belə ki, indiyədək keçirilən matçlarda İngiltərə 45, İspaniya isə 32 dəfə fərqlənməyi bacarıb.

İndiyədək 3 dəfə (1964, 2008, 2012) Avropa çempionluğunun sevincini yaşayan Luis de la Fuentenin baş məşqçisi olduğu İspaniya millisi 4-cü titulu əldə etmək niyyətindədir. Bu baş verərəsə, ispanlar həm də ən çox Avropa çempionluğunu qazanan komanda rekordunu qıracaq. Hazırda isə həm İspaniya həm də Almaniya millilərinin hərəyə 3 belə uğuru var.

AVRO-2024-ün B qrupunda İtaliya, Xorvatiya və Albaniya ilə mübarizə aparan İspaniya yığması hər üç rəqiblə görüşdə qapısından qol buraxmadan qələbə qazanaraq 1/8 finala yüksəlib. Bu mərhələdə Gürcüstan millisini məğlub edən komanda 1/4 finalda Almaniyaya əlavə vaxtda vurduğu qol sayəsində adını yarımfinala yazdırıb. İspaniya yarımfinalda Fransa yığmasına 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Tarixində 5-ci dəfə Avropa çempionatının finalında çıxış edəcək “Öküzlər” son 5 turnirin 3-də həlledici qarşılaşmada oynamağı bacarıb.

Qaret Soutqeytin rəhbərlik etdiyi İngiltərə millisi isə ilk Avropa çempionluğunu əldə etməyə çalışacaq. AVRO-2024-də Danimarka, Sloveniya və Serbiya ilə birlikdə yer aldığı C qrupunu 5 xalla lider kimi başa vuran İngiltərə 1/8 finalda Slovakiyaya rəqib olub. 90+5-ci dəqiqədə Cud Bellinqemin baxımlı qolu, əlavə vaxtda isə Harri Keynin fərqlənməsi sayəsində 1/4 finala vəsiqə qazanan komanda bu mərhələdə İsveçrə ilə üz-üzə gəlib. Rəqibini penaltilər seriyasında məğlub edən Q.Soutqeytin baş məşqçisi olduğu kollektiv yarımfinalda Niderlandla qarşılaşıb və 2:1 hesablı qələbə qazanaraq finalda İspaniyaya rəqib olub. Ardıcıl ikinci dəfə Avropa çempionatının həlledici matçında mübarizə aparacaq Q.Soutqeytin komandası sonuncu dəfə İngiltərədə keçirilən AVRO-2020-nin finalında çıxış edib və İtaliya millisinə penaltilər seriyasında məğlub olub.

AVRO-2024-ün startından bəri İspaniya millisindən Dani Olmu, İngiltərədən isə Harri Keyn hərəyə 3 qolla bombardirlər siyahısında yer alıb.

Qeyd edək ki, Berlindəki Olimpiya stadionunda keçiriləcək İspaniya - İngiltərə matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Fransua Leteksye (Fransa) olacaq.

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR