
ABŞ Məxfi Xidməti sui-qəsd cəhdindən sonra sabiq Prezident Donald Trampın təhlükəsizliyini seçki kampaniyasının sonuna qədər gücləndirib.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Respublika Partiyasının ABŞ-nin Miluoki şəhərindəki qurultayında təhlükəsizlik tədbirləri də nəzərdən keçirilib və gücləndirilib.
Bildirilib ki, ABŞ Məxfi Xidməti gələcəkdə D.Trampa sui-qəsd cəhdinə bənzər hadisələrin qarşısını almaq üçün səlahiyyətlilərlə işləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.