
"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) Bakıya nə jurnalist, nə də azarkeş gətirəcək.
Bu barədə "Report"a "Zirə"nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verilib.
Moldova təmsilçisi cavab qarşılşaması üçün Azərbaycana iyulun 17-də gələcək.
Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1:0 hesablı qələbə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.