26-07-2024, 05:45 492

Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinə həsr olunmuş ilk rəsmi tədbir COP29 mövzusunda keçirilib.

Bu barədə “AVESTA.AZ”a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə keçirilən tədbirə Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya məsələləri üzrə Dövlət katibi Ed Miliband, beynəlxalq iqlim və enerji naziri Kerry McCarthy, Britaniyadakı diplomatik korpusun marşalı Alistair Harrison, COP26-nın Prezidenti, Britaniya parlamentinin Lordlar Palatasının deputatı Alok Şarma, Britaniya Baş nazirinin Azərbaycan üzrə keçmiş Ticarət elçisi Baronessa Nikolson, parlamentarilər Baronessa Uddin, Bob Bləkmən, Lord Maknikol, Britaniyadakı diplomatik korpus nümayəndələri, o cümlədən Londondakı diplomatik korpusun duayeni – Hondurasın Britaniyadakı səfiri İvan Romero Martinez, həmçinin COP Sədrlikləri Troykasına daxil olan Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirləri, The City of Londondan yüksək vəzifəli nümayəndələr, Commonwealth Millətlər Birliyi Təşkilatının Londondakı qərargahının təmsilçiləri, Britaniya xarici işlər nazirliyi və Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin əməkdaşları, BP şirkətinin istehsalat və əməliyyatlar üzrə vitse prezidenti Gordon Birrell, Səfirliyin yerləşdiyi Londonun Kensington və Chelsea Bələdiyyəsinin üzvləri, Britaniyada fəaliyyət göstərən çoxsaylı iqlim mütəxəssisləri və sairə şəxslər iştirak ediblər.

Açılışda çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasında keçirilən ilk rəsmi tədbirin COP29-a həsr olunmasının olduqca mötəbər hadisə olduğunu və bu vacib tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya məsələləri üzrə Dövlət katibi Ed Milibandın iştirak etməsinin rəmzi məna daşıdığını deyib.

Səfir ilin sonuna doğru COP29-a ev sahibliyi edəcək Azərbaycanın diqqətinin tam şəkildə iqlim fəaliyyətinə yönəldiyini və ölkəmizin bütün dünya üçün həyati əhəmiyyət daşıyan iqlim məqsədlərinin irəli aparılması üçün əlindən gələni etdiyini bildirib. E.Süleymanov bu məsuliyyətli işdə ilk gündən Azərbaycana dəstəyini əsirgəməyən Britaniya tərəfinə təşəkkür ifadə edib.

Elin Süleymanov, həmçinin bir neçə gün öncə Oksford şəhərində keçirilən Avropa Siyasi Birliyinin zirvə görüşü zamanı Britaniyanın Baş naziri Keir Starmer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə, eləcə də Britaniyanın xarici işlər naziri David Lammy ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən səmimi görüşə görə Britaniya tərəfinə minnətdarlıq edib.

Səfir ölkəmizin Britaniyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə töhfə vermək istiqamətində səylərini yüksək qiymətləndirdiyini deyib.

Daha sonra COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edib. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Siyasi Birliyinin zirvə görüşündə iştirak etmək üçün Britaniyaya işçi səfər etməsinə istinad edən nazir Azərbaycanın Britaniyadakı səfirliyinin yeni binasında keçirilən COP29-a həsr olunmuş tədbirdə həm də ikitərəfli dostluq münasibətlərinin qeyd olunduğunu vurğulayıb.

Londonun iqlim fəaliyyətində vacib mərkəz rolu oynadığını vurğulayan M.Babayev iyun ayının sonlarında London İqlim Fəaliyyəti Həftəsində iştirak üçün Britaniyaya baş tutan səfəri zamanı keçirdiyi görüşlər və iştirak etdiyi təbdirlərdən söz açıb. Bu xüsusda o, Millətlər Birliyi Təşkilatının Baş qərargahında kiçik ada dövlətlərinin səfirləri ilə keçirilmiş görüşə toxunaraq bu dövlətlərdə iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasına yardım məqsədi ilə Azərbaycanın adıçəkilən təşkilatla yaxından əməkdaşlıq etdiyini qeyd edib.

COP26-nın ev sahibi olmuş Britaniyanın olduqca vacib tərəfdaş olduğunu deyən M.Babayev Britaniyalı həmkarlara Azərbaycanda keçiriləcək COP29 tədbirinin uğurlu keçməsi istiqamətində göstərdikləri dəstəyə görə təşəkkür edib. Londona hazırkı səfəri çərçivəsində dayanıqlı bazarlar təşəbbüsünün müzakirə edilməsi üçün özəl sektor və maliyyə institutları ilə rəsmi görüşlər keçirəcəyini deyən COP29-un müəyyən olunmuş prezidenti M.Babayev ölkəmizin COP29 çərçivəsində gördüyü işlər və irəli sürülən təşəbbüslərdən danışıb.

Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya məsələləri üzrə Dövlət katibi Ed Miliband öz çıxışında Azərbaycanın Britaniyadakı səfirliyinin yeni binasının ilk rəsmi tədbirində iştirak etməkdən şərəf duyduğunu bildirib. Ed Miliband iqlim dəyişikliyinin qarşısının alınması və dünyanın yaşıl inkişafı üçün dünya ölkələrini bir araya gətirən COP tədbirlərinin olduqca əhəmiyyətli olduğuna inandığını qeyd edib. Dövlət katibi indiyədək keçirilmiş COP görüşlərində razılaşdırılmış tədbirlərin davam etdirilməsinin, habelə COP29-da iqlim maliyyələşməsi məsələsi üzrə vacib razılığa gəlinməsinin iqlim məqsədlərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bu kontekstdə o, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə dəstək verilməsinin önəminə diqqət çəkib. Britaniyanın dövlət katibi öz çıxışında dəfələrlə vurğulayıb ki, Britaniya tərəfi COP29-un uğurla keçməsi və gözlənilən nəticələrin əldə olunması üçün ölkəmizə hər bir dəstəyi verməyə və Azərbaycanla yaxından tərəfdaşlıq etməyə hazırdır.

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR