
Yaxşı oynamadım, lakin pis də çıxış etmədim. Səhv buraxdım, amma özümlə fəxr edirəm, çünki olimpiadada mübarizə apardım.
Bunu "AVESTA.AZ"un Fransaya ezam olunmuş əməkdaşına açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vuran Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.
Qrupdakı ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmora uduzan (0:2) idmançı Azərbaycan Badminton Federasiyasına, məşqçisinə və ailəsinə təşəkkür edib: "Çünki qalib və ya məğlub olmağıma baxmayaraq onlar məni həmişə dəstəkləyiblər".
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.