
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvanda ali təhsil müəssisələrinə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirib.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən imtahanda, ümumilikdə 27 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 1 rəhbər, 2 nəzarətçi ayrılıb.
İmtahan saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.