
Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təxminən dörddə biri dopinq testi verib.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Avqustun 3-nə olan məlumata görə, 2 682 idmançıdan ümumilikdə 2 910 nümunə toplanıb.
Bununla da, olimpiya yarışlarında iştirak edən idmançıların 23,8%-i dopinq üçün yoxlanılıb.
Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək davam edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.