5-08-2024, 12:49 443

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycanda zubrların reintroduksiyası” proqramı üzrə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi İsmayıllı rayonunda keçirilib.

"Report" xəbər verir ki, IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Elm və Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən düşərgəyə Qəbələ və İsmayıllı rayonlarından ümumilikdə 30 məktəbli qoşulub.

“Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, ətraf mühitin qorunması sahəsində onlarda xüsusi bilik və bacarıqların, təbiətə qayğıkeş və məsuliyyətli münasibətin formalaşdırılmasıdır.

Düşərgənin ilk günündə gənclər zubrların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, bu nadir canlı növünün təbiətimizə qaytarılması üzrə görülən işlər haqda təqdimatlarda iştirak edib, zubrların populyasiyasının məhvinə səbəb olan amillərlə bağlı təlimlərə, o cümlədən müxtəlif ekoloji müsabiqələrə, biomüxtəlifliklə bağlı əyləncəli bilik yarışmalarına qoşulublar.

Düşərgənin ikinci günündə iştirakçıların Şahdağ Milli Parkına ekskursiyası təşkil olunub. Burada məktəblilər Milli Parkın zəngin bioloji müxtəlifliyi ilə tanış olub, zubların yaşadıqları ərazilərlərə baxış keçirib. Məktəblilərə ölkəmizə gətirilərək uğurlu adaptasiya dövrü keçmiş zubrlar, layihənin icra mərhələləri və uğurları haqda məlumatlar verilib. Düşərgə müddətində məktəblilərə komandalararası ekoloji oyunlar, fauna növlərimizin ayaq izləri əsasında təyin edilməsi üzrə çalışmalar, düzgün sığınacaq yerlərinin təşkili və təbiət ərazilərində təhlükəsizlik qaydaları izah edilib. Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Avropa zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı proqram çəçivəsində IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində intensiv işlər aparılır. Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılmış, orada onların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. Reintroduksiya layihəsi çərçivəsində 2019-2024-cü illər ərzində ölkəmizə Fransa, Belçika və Almaniya zooparklarından 46 baş zubr gətirilib və sayında artım müşahidə olunaraq sayı 61 başa çatıb. Zubr balalarının 10-u erkək və 5 dişi fərd olmaqla ümumi sayı 15-ə çataraq təbiətə tam adaptasiya olunub.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Qəbələ, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, Lənkəran rayonlarından ümumilikdə 500-dən çox məktəbli iştirak edib.

Paylaş

Xəbər lenti

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi Bu gün, 14:48 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video Bu gün, 14:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib Bu gün, 14:48 Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür Bu gün, 14:48 İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub Bu gün, 14:48 Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb Bu gün, 14:48 "Qurumlar bu problemi bir-birinin üzərinə atır" Bu gün, 14:48 Meyxanaçı Elnur Valehin qızı: "Atamı yıxdınız, məni də yıxmağınıza icazə verməyəcəm" Bu gün, 14:48 Mikayıl Cabbarov: "SOCAR "Daşkəsən" layihəsində zəruri qaz infrastrukturunu təmin etməlidir" Bu gün, 14:48 Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - SƏBƏB Bu gün, 14:48 Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir Bu gün, 13:48 AMB "Rabitəbank"a icrası məcburi sərəncam verdi Bu gün, 13:48 500 milyon manatlıq əmlaka həbs götürüldü, təqsirləndirilənlərə güzəşt edildi Bu gün, 13:48 Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub Bu gün, 13:48 Baş Prokurorluq tibb təhsili olmadan fəaliyyət göstərən şəxslə bağlı inzibati tədbirlər görüb Bu gün, 13:48 Məşhur aktyor həyəcandan mükafatı yerə saldı Bu gün, 13:48 İtaliya 40 illik aviadaşıyıcısını İndoneziyaya hədiyyə verdi - 14-dən çox helikopter daşıya bilir Bu gün, 13:48 Ağır qəzada ölən şəxs hərbçi imiş Bu gün, 13:48 Köhnə smartfonu atmağa tələsməyin: İkinci telefon nə üçün lazım ola bilər? Bu gün, 13:48 "Yalı çapkını"nın 79 yaşlı "Hattuc"unun halı pisləşdi Bu gün, 13:48 DYP-dən kənd texnikası sürücülərinə MÜRACİƏT Bu gün, 12:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib Bu gün, 12:48 Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb Bu gün, 12:48 Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY Bu gün, 12:48 Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi Bu gün, 12:48 Sabah Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün Bu gün, 12:48 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib Bu gün, 12:48 İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 12:48 İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır Bu gün, 12:48 Prezident: Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir Bu gün, 12:48 "Azəristiliktəchizat" yeni mövsümə hazırlığa dair görülmüş işləri açıqlayıb Bu gün, 12:48 Türkiyədə məktəbə silahlı hücum edən şübhəlinin anası, atası, babası SAXLANILDI Bu gün, 12:48 Köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim edilib Bu gün, 12:48 İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir Bu gün, 12:48 Lalə Azərtaşdan Londonda oxuyan qızları ilə bağlı paylaşım Bu gün, 11:48 Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı - ŞÜBHƏLİ SAXLANILDI Bu gün, 11:48 "Formula 1"ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib Bu gün, 11:48 Mbappe Dembele ilə münasibətlərindən danışdı: "Heç bir problem yoxdur" Bu gün, 11:48 Bakıda tozlu hava neçə gün davam edəcək? Bu gün, 11:48 Mauro İkardinin sürücülük vəsiqəsi 2099-cu ilə qədər əlindən alınıb? Bu gün, 11:48 Aygün Kazımovanın məktəb illərinə aid fotoları yayıldı Bu gün, 11:48 Nazilə Səfərli: "Evimdən 15 000 dollarlıq qızılım yoxa çıxdı" Bu gün, 11:48 3-cü kurs tələbəsi əməliyyatda öldü Bu gün, 10:48 Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ Bu gün, 10:48 Pavloqradın azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub Bu gün, 10:48 Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Bu gün, 10:48 6 hava limanında uçuşlar təxirə salındı - Minlərlə sərnişin hava limanında qaldı Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR