5-08-2024, 13:45 506

Tanınmış avtomobil brendlərinin Çin variantlarına etibar etmək olarmı?

Azərbaycanın avtomobil yollarında şütüyən tanınmış maşın brendlərinin Çin variantlarının sayı getdikcə artmaqdadır.

Söhbət əsasən Yaponiya və Cənubi Koreyanın aparıcı avtomobil istehsalçılarının ("Toyota", "Nissan", "Hyundai", KİA") markalarının Çində istehsal edilmiş modellərindən gedir.

Bir qayda olaraq həmin avtomobilləri Azərbaycana rəsmi dilerlər gətirmir. Onların ölkəyə idxalı ilə müxtəlif avtomobil salonları, eləcə fərdi şəxslər məşğul olur və ənənəvi variantlarla müqayisədə Çin variantları azı 5 min manat ucuz təklif olunur. Bəs belə maşınlara etibar etmək olarmı? "Report" mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev maşınların Çin variantlarının ucuz olmasını müxtəlif səbəblərlə izah edir: "Rəsmi diler avtomobil gətirəndə gömrükdə bütün rüsumları, vergiləri, eləcə də xidmət xərclərini ödəyir. Fərdi idxalda isə bəzi hallarda bu ödəmələrdən və xərclərdən qismən qaçmaq mümkündür. Bundan başqa, rəsmi idxalda istehsalçının verdiyi zəmanət qeyri-rəsmi idxalda ya ümumiyyətlə olmaya, ya da məhdud ola bilər. Son nəticədə ənənəvi variantla Çin variantı arasında qiymət fərqi yaranır".

Onun sözlərinə görə, Çin variantına pul vermiş müştəri avtomobilə texniki xidmət məsələsində də çətinliklərlə üzləşə bilər: "Rəsmi diler satdığı maşına verdiyi zəmanətə uyğun olaraq 3-5 il ərzində mühərrikdə və sürət qutusunda yaranan problemləri ödənişsiz həll edir. Çindən gətirilən avvtomobillərə rəsmi servislərdə ödənişli xidmət göstərilməsi belə problem ola bilər. Bu, əsasən ehtiyat hissələrinin uyğunluğu və servis personalının həmin modellərə dair məlumatlılıq səviyyəsi ilə bağlıdır. Rəsmi qaydada idxal edilən avtomobillər üçün ehtiyat hissələri və texniki məlumatlar rəsmi servis mərkəzlərində mövcuddur, fərdi idxalda isə bu cür hissələrə və məlumatlara çıxış məhdud ola bilər”.

Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə deyir ki, rəsmi qaydada ölkədə idxal edilən avtomobillə, adətən, Azərbaycanın texniki tələblərinə uyğun olaraq sertifikatlaşdırılır: “Bu, avtomobilin təhlükəsizlik standartlarına, ekoloji normalara və digər yerli tələblərə cavab verdiyini göstərir. Fərdi qaydada idxalda isə sertifikatlaşdırmaya əməl edilməyə bilər, bu da müəyyən hallarda avtomobilin dövlət qeydiyyata alınmasında və yaxud istifadə olunmasında çətinliklər yarada bilər. Yəni, Çindən fərdi şəkildə gətirilən avtomobillər, bəzən yerli bazar üçün nəzərdə tutulmayan spesifikasiyalarda ola bilər. Bu, avtomobilin texniki göstəricilərindən tutmuş, interyer və eksteryer dizaynına qədər fərqli cəhətləri əhatə edə bilər. Rəsmi distribyutorlar isə adətən, yerli bazarın tələblərinə uyğun modifikasiyalı avtomobilləri idxal edir”.

Buna görə ekspert tövsiyə edir ki, avtomobil həvəskarları rəsmi dilerlərdən maşın almağa çalışsın: “Çindən fərdi şəkildə avtomobil gətirmək qiymət baxımından sərfəli görünə bilər. Lakin bu cür avtomobillərin zəmanət, texniki xidmət, sertifikatlaşdırma və modifikasiya məsələlərində müəyyən risklər və çətinliklər yarana bilər. Rəsmi qaydada idxal edilən avtomobillər nisbətən yüksək qiymətə satılsa da, zəmanət, texniki xidmət və yerli bazar tələblərinə uyğunluq kimi üstünlüklərə malikdir. Bu seçimlər arasında qərar verərkən, avtomobil sahibləri uzunmüddətli perspektivdə rahatlıq və təhlükəsizlik amillərini də nəzərə almalıdırlar”.

Paylaş

Xəbər lenti

Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR