6-08-2024, 23:23 568

Paris-2024-də günün yekunu: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə haqq qazanıb, atletimiz 7-ci olub

Bu gün Azərbaycanın üç güləşçisi və çəkicatmadakı təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.

"Report" xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışında Sənan Süleymanov ilk iki görüşünü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.

Həlledici mərhələyə gedən yolda qazaxıstanlı rəqibi Demeu Jadrayevə məğlub olan Sənan, qızıl medal qazanmaq şansını itirib. O, sabah bürünc medal uğrunda görüşə çıxacaq. Sənanın rəqibi təsəlliverici qarşılaşmalardan sonra bəlli olacaq.

Daha bir yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bu gün bürünc medal uğrunda görüşdə qüvvəsini sınayıb. 130 kq çəki dərəcəsində yer alan Şəriəti iranlı Amin Mirzəzadəyə uduzaraq fəxri kürsüyə yüksələ bilməyib.

Qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik üçün də yarış uğursuz keçib.

İlk görüşündə Anastasiya Blayvasa (Almaniya) qalib gələn Mariya 1/4 finalda Otqonjarqal Dolqorjava (Monqolustan) məğlub olub. Onun rəqibi finala çıxa bilmədiyi üçün Stadnik bürünc medal uğrunda qarşılaşmadan kənarda qalıb.

Azərbaycan çəkicatanı Anna Skidan isə final mərhələsində yarışıb. 12 idmançının yer aldığı həlledici mərhələdə atletimiz son 3 cəhdindən sonra 73.66 metr göstərici ilə olimpiadanı 7-ci sırada başa vurub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Paylaş

Xəbər lenti

Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Bu gün, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Bu gün, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Bu gün, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Bu gün, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Bu gün, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Bu gün, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Bu gün, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Bu gün, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Bu gün, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Bu gün, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Bu gün, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Bu gün, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Bu gün, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Bu gün, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Bu gün, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Bu gün, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Bu gün, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Bu gün, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Bu gün, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Bu gün, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Bu gün, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Bu gün, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Bu gün, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Bu gün, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Bu gün, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Bu gün, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Bu gün, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Bu gün, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Bu gün, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Bu gün, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Bu gün, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Bu gün, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Bu gün, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Bu gün, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Bu gün, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Bu gün, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Bu gün, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Bu gün, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Bu gün, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Bu gün, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Bu gün, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR